Arxiv
11 İyul 2020, 00:26 | AKTUAL
Prezident Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərini artırdı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Modern.az xəbər verir ki, Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilsin;

1.2. 5.33-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.33-1. həmin Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır;”;

1.3. aşağıdakı məzmunda 5.33-2-ci bənd əlavə edilsin:

“5.33-2. həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır;”.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Dövlət başçısının imzaladığı digər Fərmanla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişiklikdə deyilir: “1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.31-ci bənddən “, 25-ci hissəsində” və “, 85-ci maddəsinin 10-cu bəndinin “Qeyd” hissəsində” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 2.31-1-ci bənd əlavə edilsin:

“2.31-1. həmin Qanunun 53-cü maddəsinin 25-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları istisna olmaqla, həmin Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş digər tələblərlə bağlı Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;”;

1.3. 2.37-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.37. həmin Qanunun 85-ci maddəsinin adında, birinci hissəsinin birinci abzasında və 10-cu bəndinin “Qeyd” hissəsində” “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istisna olmaqla, həmin Qanunun 85-ci maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş digər hallar üzrə Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1084 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci və 2.2-ci bəndlərdə “346 və 346-1-ci” sözləri “346-1.1 və 346-1.5-ci” sözləri ilə əvəz edilsin, həmin bəndə “342.1.9,” rəqəmlərindən sonra “346, 346-1.2 – 346-1.4,” rəqəmləri əlavə edilsin;

2.2. 2.3-cü bənddən “346.3,” rəqəmləri çıxarılsın və həmin bəndə “330,” rəqəmlərindən sonra “346.3 (Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanılan iş üzrə icraatla bağlı),” sözləri əlavə edilsin;

2.3. 2.4-cü bənddən “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində,” sözləri çıxarılsın, həmin bənddə “və 322.0.10-cu” sözləri “, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü” sözləri ilə əvəz edilsin;

2.4. 17.0-cı hissədə “346-cı, 346-1-ci” sözləri “346-1.1-ci, 346-1.5-ci” sözləri ilə əvəz edilsin, həmin hissəyə “352.0.2-ci,” sözlərindən əvvəl “346-cı, 346-1.2 – 346-1.4-cü,” sözləri əlavə edilsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22