Modern.az

Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi

Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi

Aktual

12 İyul 2020, 08:15

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.

 

Modern.az “TASS”-a istinadən xəbər verir ki, amerikalı dövlət başçısı Vaşinqtonun kənarında yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu “Walter Reed” xəstəxanasına baş çəkib.

 

Tramp tünd mavi rəngli maskadan istifadə edib. Maskanın yan tərəfində qızılı rəngdə prezident möhürü olub.

 

“Düşünürəm ki, maska taxmaq əladır. Mən heç vaxt maskalara qarşı olmamışam. Ancaq hər şeyin vaxtı və yeri var”, - deyə Tramp jurnalistlərlə söhbətində bildirib.

 

Qeyd edək ki, Tramp buna qədər ictimai yerlərdə maskadan istifadə etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü