Modern.az

İsveçrə klubu karantinə alındı

İsveçrə klubu karantinə alındı

12 İyul 2020, 10:48

İsveçrənin “Sürix” klubunun kollektivi koronavirus pandemiyası ilə əlaqədar karantinə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Xəbərdə futbolçu və məşqçi heyətinin, eləcə də klubun digər bütün işçilərinin karantinə alındığı diqqətə çatdırılıb. Buna klubun kollektivindən bir neçə gün öncə götürülən koronavirus testlərinin bəzisinin müsbət nəticə verməsi səbəb olub. Bu üzdən “Sürix”in üzvləri təcrid olunub. Koronavirus yoluxan şəxslərin sayı və adları açıqlanmayıb.

 

Klubun İsveçrə çempionatında “Sion” (11 iyul) və “Bazel”lə (14 iyul) oyunlarının təxirə salındığı bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?