Modern.az

41 yaşlı müğənni 4-cü dəfə ərə gedir

41 yaşlı müğənni 4-cü dəfə ərə gedir

12 İyul 2020, 16:38

2000-ci illərin məşhur türk müğənnisi Nez dördüncü dəfə ərə getməyə hazırlaşır.

 

Modern.az “Haberler”ə istinadən xəbər verir ki, 1 ildir münasibətdə olduğu sevgilisi, tennis məşqçisi Gökhan Köksal 41 yaşlı müğənniyə evlilik təklifi edib. Nez təklifə “hə” cavabı verdiyini bildirib:

 

“Bir il sonra ilk dəfə tanış olduğumuz yerdə…”.

 

Qeyd edək ki, bundan əvvəl 3 dəfə ailəli olan Nez sonuncu dəfə 2017-ci ildə aktyor Eylem Server Ünüvardan boşanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?