Modern.az

Ermənistanın üzv olduğu hərbi blok təcili TOPLANIR

Ermənistanın üzv olduğu hərbi blok təcili TOPLANIR

13 İyul 2020, 12:15

Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurası təcili iclasa toplanır. Modern.az xəbər verir ki, KTMT-nın Baş katibi Stanvislav Zas iclasın videokonfrans şəklində keçirilməsini təklif edib.


“İyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində, Tavuş istiqamətində gərginliyin artması ilə bağlı iyulun 13-də KTMT Baş katibi Stanislav Zasın təşəbbüsü ilə Daimi Şuranın təcili iclası keçiriləcək. İclas videokonfrans formatında baş tutacaq”- deyə KTMT-nın mətbuat katibi Vladimir Zayneddinov deyib.

 

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan daxildir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir