Modern.az

Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir”

Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir”

13 İyul 2020, 13:26

BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyası iyulun 10-da işə başlayıb. Görüş  videokonfrans formatında keçirilib. BMT Baş Assambleyasının Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyası pandemiya dövründə beynəlxalq ictimaiyyət qarşısında duran bir sıra mühüm sualların aydınlaşdırılması, ümumi problemə qarşı birgə mübarizənin təşkili baxımından tarixi rol oynayacaq”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev BMT Baş Assambleyasının iyulun 10-da çağırılan 31-ci xüsusi sessiyasının işə başlamasına münasibət bildirərkən deyib.

Deputat xatırladıb ki, BMT-nin Baş katibi Antonio Quterreş iyunun 30-da bütün üzv dövlətlərə nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini bildirib və iyulun 10-dan  xüsusi sessiyası çağırılıb:

“Belə bir təşəbbüsü irəli sürən ölkə başçımızın aydın məqsədi vardı. COVİD-19-a qarşı mübarizədə vahid yanaşma, ölkələrin özlərinə qapanmamasına nail olmaqdır. Çünki bu ağır dönəmdə ölkələrarası əlaqələr kəsilib, gediş-gəliş mümkünsüz olub. Bu baxımdan da videokonfranslar formatında ölkələr üçün vacib məsələləri müzakirə edilməlidir. Azərbaycanın dövlət başçısı bir daha həmrəylik nümayiş etdirdi. İndiki situasiyada həmrəy olmaqda bütün dövlətlər maraqlıdırlar”.

 

Sabir Hacıyev bildirib ki, ancaq həmişəki kimi həmrəyliyə qısqanclıqla yanaşan yenə də Ermənistan oldu:

“İşağlçı dövlət mənfur niyyətini təşəbbüsə qarşı çıxmaqla ortaya qoydu. Halbuki pandemiya ilə mübarizədə Ermənistan tərəfi həll variantlarını tapmaq əvəzinə, ağılsız və qeyri-rasional düşüncəyə sahib olduğunu sərgilədi. Ermənistan nəinki işğalçı və mənfur bir dövlətdir, həm də ümümbəşəri dəyərlərdən uzaqdır. Düşüncəsiz yanaşma sərgilədiyi halda, pandemiyadan ən çox zərərçəkmiş ölkə olduğunu da unudur. İşğalçı ölkə faşist mahiyyətinə hər zamankı kimi sadiqdir. Bu da özünüifşanın növbəti nümunəsidir. Həmçinin, Ermənistan dünən növbəti təxribata əl atdı. Tovuz istiqamətində  Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərdilər. Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Təəssüf ki, ATƏT-in Minsk qrupu susur və işğalçı dövlətə təzyiq göstərə bilmir. Allah şəhidlərimizə rəhmət eləsin!”.

 

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?