Modern.az

Leysan yağışlar bu rayonlarda sel yaratdı -FAKTİKİ HAVA

Leysan yağışlar bu rayonlarda sel yaratdı -FAKTİKİ HAVA

Aktual

13 İyul 2020, 20:00

Milli Hidrometeorologiya Xidmətinin iyulun 13-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb.

 

Xidmətdən Modern.az-a bildirilib ki, Yuxarı-Ağcakənd ərazisində saat 16:45-17:25 radələrində leysan xarakterli yağış yağıb, Görançaydan sel keçib.

 

Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir Mansırlıdan təxminən 2 km aşagıda saat 13:40 radələrində sel hadisəsi baş verib.

 

Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır