Modern.az

“Ordumuzun bu şücaəti xalqımızın döyüş ruhunu daha da gücləndirir” - Deputat

“Ordumuzun bu şücaəti xalqımızın döyüş ruhunu daha da gücləndirir” - Deputat

Aktual

15 İyul 2020, 20:01

“İşğalçı Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı, döyüş mövqelərimizi və yaşayış məntəqələrinin ağır silahlardan atəşə tutulması rəşadətli ordumuz tərəfindən layiqincə cavablandırıldı. Bunun nəticəsində düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Bu döyüşlərdə bir neçə qəhrəman əsgərimiz şəhid oldu. Ordumuzun bu şücaəti xalqımızın döyüş ruhunu daha da gücləndirir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Fatma Yıldırım bildirib ki, son günlər xalqımız, hər bir vətəndaş ordumuza yüksək dəstək nümayiş etdirir, şəhidlərin əziz xatirəsini böyük ehtiramla anır:

“İnsanlar Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edir, torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə, döyüşə getməyə hazır olduğunu bəyan edirlər. Bütün bunlar ölkə vətəndaşlarının yüksək vətənpərvərlik hisslərini və dövlət başçısının ətrafında sıx birliyinin göstəricisidir”.

 

Deputat söyləyib ki, dünən axşam saatlarında Bakı şəhərində keçirilən aksiya da məhz xalqın orduya və dövlətə dəstəyi kimi dəyərləndirilməlidir:

“Aksiyaya polis aksiyaya müdaxilə etmirdi. Müdafiə nazirliyinin yüksək rütbəli nümayəndələri insanların qarşısına çıxaraq orduya dəstəyə və şəhidlərimizə ehtirama görə minnətdarlıq ediblər. Amma bundan sonrakı hadisə aksiyanın mahiyyətinə uyğun olmadı. Kiçik bir təxribatçı qrup həmin aksiyanın mahiyyətinə kölgə salmaq üçün çirkin addımlar atdı. Ölkənin qanunverici orqanı olan Milli Məclisin binasına zor gücünə daxil olmaq yolverilməzdir. Həmin təxribatçılar isə bu addımla qarşıdurma yaratmağa çalışdılar. Hansı ki,  bu aksiya sadə insanların milli birlik və vətənpərlik ruhunu ifadə edirdi. Təxribatçılar isə hansısa qüvvələrin sifarişi ilə bu əməli törətdilər. Qarabağa azadlıq və orduya dəstək aksiyasının sonun bu cür yekunlaşması, işğalçı Ermənistanın və ermənipərəst dairələrin maraqlarına xidmət edir. Nəzərə almalıyıq ki, biz həm ön cəbhədə, həm də informasiya cəbhəsində müharibə aparırıq. Ona görə də, hər bir vətəndaşımız diqqətli olmalı, erməni dəyirmənina su tökənlərin təxribatına uymamalıdır. Həmin təxribat şəhidlərimizin ruhuna hörmətsizlikdir. Biz bu gün dinindən, milliyyətindən, siyasi baxışlarından asılı olmayaraq bir olmalıyıq. Bu, ən azı döyüşlərdə canlarından keçən qəhrəmanlarımızın qarşısında borcumuzdur. Unutmamalıyıq ki, bizim bir düşmənimiz var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir