Modern.az

Prezidentin köməkçisi: “Ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər”

Prezidentin köməkçisi: “Ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər”

16 İyul 2020, 14:28

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

 

H.Hacıyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bu təxribatların qarşısını alır:

 

"Azərbaycan cəmiyyəti həmrəydir, yekdildir. Ermənistanın işğal etdiyi torpaqlar azad edilməlidir. Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmədiyindən bu təxribatlar davam edir".


H.Hacıyev bildirib ki, Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıb.

"Həmin şəxslər də layiqli cavab verəcəklər. Azərbaycan gəncləri orduya getmək üçün şüarlar səsləndiriblər. Bildirim ki, Azərbacan Ordusu tam komplektləşdirilib və düşmənə lazımi cavab verir. Ermənistanda orduya olan inam aşağı səviyyədədir, orda şəxsi heyətin komplektləşdirilməsində problem var. Hətta Ermənistan ordusunda muzdlu şəxslər xidmətə cəlb edilir".

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir:

 

“Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sürükləyir”.

 

H.Hacıyev onu da deyib ki, Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir.

"Dövlət başçısı bəyan etdi ki, kim istəyirsə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər, orada təlimlərə cəlb edilə bilər. Əgər ehtiyac olarsa, xidmət onları komplektləşdirə bilər. Bu prosesdə möhtəşəm bir sistem qurulub. Gənclərimizin bu həvəsi yüksək qiymətləndirilir. Əgər ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir