Modern.az

388 nəfər yoluxdu, 517 nəfər sağaldı - Müsbət dinamika davam edir

388 nəfər yoluxdu, 517 nəfər sağaldı - Müsbət dinamika davam edir

19 İyul 2020, 18:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 27521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib, 8200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 8095, ötən müddət ərzində isə ümumilikdə 627881 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?