Arxiv
24 İyul 2020, 12:14 | ANALİTİKA
Los-Anceles və Brüssel təxribatının əmri İrəvandan verilib - TƏHLİL

Dağlıq Qarabağda erməni separatizmi 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cavab verəcəyinə ümidlər var idi. Cavab verilmədi, tam əksinə, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ətrafındakılar erməni separatizminə açıq rəğbət bəslədilər. Daha sonra erməni separatçılarının silahlanmasına göz yumuldu və azərbaycanlıların yaşadıqları məntəqələrə silahlı hücumlar qeydə alındı. SSRİ-nin dağılmasıyla Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə başladı. Ancaq hətta həmin illərdə belə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla ermənilərin ciddi toqquşmaları qeydə alınmadı. Bu dəfə isə durum fərqlidir.


Azərbaycan-Ermənistan sərhəddindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə azərbaycanlılar Azərbaycanın səfirliyini ermənilərin hücumlarından qoruyurdusa, digərlərində isə əksinə ermənilər öz səfirliklərinə sığınmaq məcburiyyətində idilər. İlk dəfəydi ki, səfirliklərimiz soydaşlarımızla birgə mübarizə apardılar.


İyulun 12-də sərhəddə azərbaycanlı hərbçilərə hücum və generalımızın şəhid olması xaricdə yaşayan milyonlarla azərbaycanlının da hissiyatına toxunub. Buna baxmayaraq, sərhəddə olduğu kimi xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi, Brüsseldə erməni qrupun azərbaycanlını vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu Ermənistan hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara baş vursalar, bu onların özlərinə ziyan vuracaq. Bundan artığına ehtiyac yoxdur, fərqli ölkələrdə erməni təxribatı ilə mübarizəni hüququ müstəvidə davam etdirmək lazımdır.


Los-Ancelesdə və Brüsseldə azərbaycanlıara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O müxtəlif ölkələrdəki soydaşlarını təxrıbatlardan çəkindirmək əvəzinə vəziyyəti daha da gərginləşdirən açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı erməni lobisinin fəaliyyətindən məmnun qalıb. Bu o demək idi ki, azərbaycanlılara qarşı təxribat əmri elə İrəvandan verilib. Bu Xocalı soyqırımını planlayan və həyata keçirən düşüncə tərzinin davamıdır.


Bundan başqa Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri təkrarladı: “1. Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır; 2. Dağlıq Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz; 3. Dağlıq Qarabağın özmüqəddəratını təyin etmə hüququ olmalıdır; 4. Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”.


Ermənistanın baş naziri faktiki Azərbaycana “kapitulyasiya” təklif edir. Nikol Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin mənası yoxdur. Çünki, sərhəddəki 4 günlük döyüşlərdən sonra masada dəyişən bir şey yoxdur. Paşinyan bir müddət sonra Şuşada yenidən yallı oynamağa gedəcək. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin rusiyalı həmkarlarıyla birgə Azərbaycanın pilotsuz uçuş aparatlarına qarşı İrəvanda keçirdikləri birgə təlimlər Paşinyanı bir az daha cəsarətləndirib. Ancaq başda Rusiya olmaqla müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların erməni təxribatına qarşı verdikləri cavab həm də onu göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar seyrçi qalmayacaqlar, ona görə də son günlər Moskvada azərbaycanlı iş adamlarının bir hissəsi ermənilərlə ticarət aparmaqdan imtina ediblər. Bunu işğalçı Ermənistana qarşı azərbaycanlıların birgə başlatdığı təzyiq mexanizmi kimi də anlamaq olar. Mümkündür ki, İranda yaşayan azərbaycanlılar da ermənilərlə ticarət əlaqələrinə göz gəzdirsinlər.


Nəzərə almaq lazımdır ki, iki ölkə arasında növbəti hərbi qarşıdurma zamanı yenidən xarici ölkələrdəki səfirliklərimiz və soydaşlarımız ermənilərin təxribatlarıyla üzləşə bilərlər. Ermənilərin “ASALA” kimi terrorçu təşkilatlarını hərəkətə keçirəcəkləri də istisna deyil. Onların bu “sahədə” təcrübələri böyükdür. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin birgə çalışması və müxtəlif ssenarilərə hazır olması gərəkir. Necə ki, azərbaycanlılar 1905-ci ildə erməni terrorizmi ilə üzləşəndə təşkilatlanmış və təxribatlara qarşılıq vermişdi, bu gün də həmin tarixi dərsi öyrənməyə ehtiyac var.

“Atlas” Araşdırmalar Mərkəzi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Birinci vitse-prezidentdən PAYLAŞIM: “Ermənilərin qəddarlığının həddi yoxdur” 28 Oktyabr 2020, 19:20 Şəhər və rayonlarımıza atəş açan düşmən məhv edildi - VİDEO 28 Oktyabr 2020, 19:07 Qəlbimizin çırpıntısı – Qarabağ 28 Oktyabr 2020, 19:04 Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb 28 Oktyabr 2020, 19:00 Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini ilə danışdı 28 Oktyabr 2020, 18:48 Ermənistan rəhbərliyi vicdanını itirmiş şəkildə hərəkət edir - Türkiyə XİN 28 Oktyabr 2020, 18:41 Bərdə qətliamının qurbanları – ADLAR 28 Oktyabr 2020, 18:36 Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkilib 28 Oktyabr 2020, 18:17 Dövlət Komitəsindən Azərbaycan diasporuna və dost xalqlara MÜRACİƏT 28 Oktyabr 2020, 18:10 Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08