Arxiv
24 İyul 2020, 14:04 | DİASPOR
Tanınmış diplomat və jurnalistlərdən dünya azərbaycanlılarına MÜRACİƏT: “Qarabağı arxa plana keçirmək istəyirlər”

Dünyanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı ermənilər tərəfindən zorakılıq halları sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır.


Ermənilərin azərbaycanlılara güc tətbiq etməsinə cavab olaraq, xaricdəki soydaşlarımızı onlara qarşı eyni əmələ təhrik edənlər də var, təmkin göstərib təxribata uymamağa çağıranlar da.


Bəs maraqlıdır, medianın tanınmış simalarının belə məqamda dünya azərbaycanlılarına müraciəti nə olardı?

 

Modern.az ziyalıların dünya azərbaycanlılarına müraciətini təqdim edir:

 


Azərbaycanın dəyərli aydınlarından biri, böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbov 
siyasi iradə ilə azərbaycanlıların daha uğurlu nəticə əldə edəcəyini deyir:

 

"Mən xaricdə yaşayan soydaşlarımzı yaşadıqları ölkənin qayda-qanunlarına riayət etməyə, təxribata uymamağa çağırıram. Uzun illədir ki, Qarabağ münaqişəsinin fövqündə baş verən hadisələri, erməni təxribatlarını yaxından izləyirəm. Bu baxımdan siyasi iradə və təmkinlə davranışın uğurlu nəticələndiyini deyə bilərəm. Dünya azərbaycanlıları belə vəziyyətə bir olmalı, təxribata uymamalıdır".


Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı 
azərbaycanlıların kütləvi təşkilatlanmasının düşmən tərəfdə qıcıq yaratdığını deyərək, belə məqamda informasiya müharibəsinin güclü təşkil edilməsinin önəmindən söz açıb:


"Bu məsələlərin sonlandırılması üçün ilkin faktor kimi deyə bilərəm ki, Qarabağ düşmən tapdağından xilas edilməlidir. Amma indiki məqamda ağıllı-başlı informasiya müharibəsi aparmalıyıq. Düzdür, “mənim başımı vurub yarandan sonra mən də düşmənin üzünə sakit baxmalıyam” sualı verilməlidir. Amma aksiya gedəndə də hansısa təhlükəsizlik tədbirləri görülməlidir.

Los-Ancelesdə, Belçikada azərbaycanlılara qarşı zor tətbiq edən ermənilərdən saxlanılanlar var. İndiki halda bütün gücümüzlə elə etməliyik ki, həmin şəxslər həbsə atılsın, onlara cəza verilsin. Onların həbs olunmasını isə biz bütün dünya mətbuatında çalışıb tirajlamalıyıq. Ermənilər əsrlərdir ki, bütün dünyaya yayılıb yaşayırlar. Amma bizdə son 20-30 ildə dünyaya yayılma prosesi gedir. Bu baxımdan sayca bəzi ölkələrdə onlardan azıq, amma indiki şəraitdə azərbaycanlıların ermənilərə qarşı kütləvi təşkilatlanması yaranıb. Ermənilərin də aqressiyasına səbəb budur". 

 


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev 
azərbaycanlıların da xaricdə ermənilərə zor təbiq etməsininin ordu məğlubiyyətinə bərabər olduğunu bildirib:


"Ölkədən  kənarda diapor təşkilatlarının mitinq keçirməsindən sonra bir neçə fakt baş verdi ki, ermənilər özünü çox aqressiv apardı. Yəni elə buna nümunə olaraq jurnalistlər də daxil digər vətəndalarımızın döyülməsinin nümunə göstərə bilərəm. Bu ermənilər üçün olduqca pis nəticə verdi. Yəni onların illərlə yaratmaq istədiyi məzlum, yazıq  və təcavüzə məruz obraz dağılmağa başladı və Azərbaycan dipolomatiyası da bundan kifayət qədər uğurla istifadə edə bilir.

İndi bu baş verənlərə qarşı olan əks dalğa, yəni ermənilərin də azərbaycanlılar tərəfindən döyülməsi və bunun sosial şəbəkələrdə yayılması istər insani, istər hüquqi baxımdan bizə olduqca ağır zərbə vura biləcək bir prosesdir.

Bu tip hərəkətlərdən çəkinmək lazımdır. Mən azərbaycanlıların erməniləri döydüyü materialların bir neçəsi ilə də tanış oldum, onların arasında saxta görüntülər də var. Baxırsan ki, videodakı görüntülər bəlkə də düşmən tərəfindən hazırlanıb yayılan videolardır ki, bizi dünyaya təcavüzkar kimi tanıtsınlar.

Ölkədən kənarda yaşayan azərbaycanlıları yaranmış bu mühitdə təmkinli olmağa çağırıram. Çünki bu cür dava-dalaşın olması ordu məğlubiyyətindən də ağır ola bilər. Diplomatik üsullarla ermənilərin cavabı verilməli, azərbaycanlılar təşkilatlanmalıdırlar".

 


Tanınmış jurnalist Qulu Məhərrəmli 
zorakı gücə hüquq və intellektual güclə qarşı çıxmağın vacib olduğunu deyir:


"Ermənistanın işğal siyasətinə qarşı dünya azərbaycanlılarının etiraz aksiyası keçirməsi, həmrəylik göstərməsi çox mütəşəkkil hadisədir. Bu, bizim xaricdə yaşayan soydaşlarımız üçün yeni keyfiyyət göstəricisidir. Yaranan şəraitin özü də adekvat deyil.

Baxmayaraq ki, Avropa ölkələrində demokartiya və insan haqları, fikirləri rahat şəkildə ifadə etmək proritetdir, amma tarix və situasiya göstərir ki, bu məsələdə ermənilər istisnalıq təşkil edir.

Onlar yaşadıqları ölkədən, cəmiyyətdən aslı olmayaraq xislətlərindəki zorakılıq, yalan və manipulyasiya eyni dərəcədə fantan edir. Belə məqamda iki cür münasibət sərgilənə bilər. Biri budur ki, biz emosianal davranıb onlar kimi hərbə-zorbaya əl ataq. Digər münasibət şəkli isə təmkinli davranışdır. Yəni əslində ermənilərin bu cür hərəkətlərə yol verməsi azərbaycanlıların bir güc kimi birləşməsini müsbət hadisə kimi önə çıxarır. Ona görə məsələyə emosional deyil, demokratik yanaşmaq, hüququn gözü ilə baxmaq lazımdır. Bundan başqa azərbaycanlılar yaşadıqları cəmiyyətdə daha da sıx birləşib, geniş inteqrasiya olmalıdırlar".

 


"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid 
xaricdə yaşayan gəncləri son hadisələrdən sonra çılğın "qisasalmalar"dan çəkinməyə çağırıb:


"Bu dava-dalaş əvəzçıxmaları, xaricdə yaşayan çılğın gənclərimizin “qisasalmaları” sonu görünməyən, məchul labirintə aparır və əslində, Qarabağı unutdurur, arxa plana keçirir.

Məkrli, hiyləgər, tək olanda qorxaq, çoxalanda vəhşiyə dönən, planlı strategiyaya malik, hər fürsətdə hər hərəkətimizi bizə qarşı çevirməyi bacaran bir düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq.

Paşinyanın Minsk səfəri zamanı etiraz aksiyası keçirməyə, üzünə qarşı ona işğalçı deməyə gücü çatmayan diasporumuzun başqa ölkələrdəki aksiyalarında da bir plansızlıq, vahid koordinasiyanın olmaması açıq hiss edilirdi və bəzi hallarda yersiz, lazımsız görünürdü.

Gənclərimizin enerjisini, qəzəbini boşuna xərcləməyək, puça verməyək. Dava səhnəsinin, döyüş meydanının, qisas məkanının yeganə ünvanı Qarabağ olmalıdır!..".

 


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 
xaricdə yaşayan azərbaycanlıları qanunları pozmamağa, təxribata uymamağa çağırıb:


"Ermənilər qanunları pozublar və lazımı cavabı da verəcəklər. Bizim xaricdə yaşayan vətəndaşlarımızı qanunları pozmamağa çağırıram, bu təxribata gətirib çıxaracaq. Gəlin, ermənilərin taktikasına nəzər salaq, baxaq görək onlar nə edirlər. Onlar provakasiya təşkil edib sonda bizi günahkar çıxarmağa çalışırlar və buna da nail olurlar.

Ermənilər özləri deyib ki, “biz sizin Mingəçevir Su Elektrik Stansiyasını vurub dağıdacağıq və Azərbaycanın yarısı su altında qalacaq”. Amma indi deyirlər ki, “azərbaycanlılar bizi bombardaman etmək istəyirlər”. Yəni onların bütün əməllərin arxasında bir təxribatçı mövqe sayanır. Bu baxımdan vətəndaşlarımızı təmkinli olmağa çağırıram. Əks halda biz vandal obrazına düşəcəyik".

 

Parlament Jurnalistləri Birliyinin sədri, "Modern Media Group"un rəhbəri Elşad Eyvazlı xaricdə yaşayan soydaşlarımızın kütlə düşüncəsi altına düşməkdən çəkinməyə səsləyib:

"Biz mütləq şəkildə baş verən hadislərə qarşı təmkin göstərməliyik. Ermənilər artıq sivil qaydada xarici ölkələrdə azərbaycanlılara qarşı mübarizədə uduzduqlarını görürlər, ona görə də onlar soydaşlarımızı təxribata çəkmək istəyirlər. Bizim emosional olduğumuzu bilən ermənilər zorakılıqlarına cavab verəcəyimizə əmindirlər. Ona görə də mən xaricdəki soydaşlarımızı daha təmkinli olmağa, fiziki gücdən istifadə etməməyə çağırıram.

Bu o demək deyil ki, fiziki təzyiqlərə məruz qalan soydaşlarımıza biganəyik. Hər hansı bir azərbaycanlının ayağına dəyən daş bizim ürəyimizə dəyir, bu birmənalıdır. Amma hansısa soydaşımızın xarici ölkədə ermənilər tərəfindən döyülməsi ölüm deyil. Lakin soydaşlarımızın kütləvi şəkildə emosiyaya qapılıb dava-dalaşla ermənilərə cavab verməsi, həmin ölkədən deportasiya olunması və imicimizin korlanması bizim üçün həmin ölkədə ölümə bərabərdir. Ona görə də məsələyə bu aspektdən baxmaq lazımdır.

Mən bütün Dünya Azərbaycanlılarına müraciət edirəm, xaricdə təşkil etdikləri etiraz aksiyalarında yaxşı olardı ki, bizim bayraqla yanaşı, yaşadıqları ölkənin, başqa ölkələrin də bayrağını dalğalandırsınlar.

Bu, çox vacib məsələdir. Çünki Azərbaycan tolerant ölkədir və xalqımız da insansevərdir. Yəni bu şəkildə biz dünyaya sevgimizi göstərmiş olarıq, dünyaya nümayiş etdirərik ki, sadəcə işğalda olan torpaqlarımızı geri istəyirik, başqa heç nə.

Bundan əlavə sosial şəbəklərdə ayrı-ayrı insanların çağırışını görürük ki, diaspor nümayəndələrini əlbəyaxa davaya səsləyirlər. Amma bu doğru deyil.

Biz xarici ölkələrin siyasətində güclü olmalıyıq, mədəniyyətdə, təhsildə, ədəbiyyatda güclü olub hər sahədə alilik nümayiş etdirməliyik. Bizim fiziki gücümüzün təbiq olunacağı yer, döyüş məkanı Qarabağdır, xaric yox.

Əgər xarici ölkələrdə siyasi dairələrlə bir olub ictimai rəyə təsir etsək, qalib ola bilərik.

Bir daha bütün soydaşlarızımı təmkinli, gözüaçıq olmağa, təxribatlara uymamağa çağırıram. Azrbaycanın daxilində olan qaragüruhlar xaricdəki bədxahlarımızla birgə bilərəkdən, ya bilməyərəkdən dünya azərbaycanlılarını ermənilərə qarşı zor tətbiq etməyə səsləyir, dava-dalaşa təhrik etmək istəyirlər.

Amma xaricdə olan gənclər belə əmələ əl atsalar, onların gələcəyi risk altına düşəcək. Bir olaq, kütlə düşüncəsinin təsiri atına düşməyək".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27