Arxiv
26 İyul 2020, 16:40 | DİASPOR
İstanbulda “Azərbaycana dəstək, şəhidlərimizi anma və Ermənistanı qınama” aksiyası

Bu gün İstanbulda Bakırköy Azadlıq meydanında “Azərbaycana dəstək, şəhidlərimizi anma və Ermənistanı qınama” adlı  aksiya keçirilib.

 

Modern.az-ın məlumatına görə, Xəzər Faktor Təhsil və Araşdırma Mərkəzinin (HazarFEM) təşkilatçılığı, Türkiyədə fəaliyyət göstərən 15-dən çox qeyri hökumət təşkilatının iştirakı ilə keçirilən aksiyada iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücumları qınanıb.Əllərində Azərbaycan və Türkiyə bayrağı olan aksiya iştirakçıları “Xocalıya ədalət”, “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycanındır”, “Qarabağ Türkdür” şüarları səsləndirib.

 

Aksiyada səsləndirilən bəyanatda bildirilib ki, 1918-ci ildə  Osmanlı İmperatorluğu, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Batumi sazişi nəticəsində  Ermənistanın Borçalı, Zəngəzur və Qarabağ kimi qədim Azərbaycan torpaqlarına əsassız iddialarından vaz keçməsi şərti ilə Azərbaycanın İrəvan vilayəti müvəqqəti olaraq Ermənistana verilib. Ancaq Ermənistan dövləti və erməni diasporu torpaq iddialarından bu günə qədər əl çəkməyib: “1988-ci ildən etibarən Azərbaycan türklərini Ermənistan öz sərhədlərinə daxil etdiyi İrəvan, Göyçə və Zəngəzur kimi tarixi torpaqlarından sürgün edərək Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ Muxtar Respublikası və ətraf rayonlarını işğal edib. Bu təcavüzkarlığının davamı olaraq dünyanın gözü önündə Xocalı soyqırımı kimi tarixin ən vəhşi qətliamlarından birini törədib. Ermənilər Osmanlı vətəndaşı olarkən Anadolu torpaqlarında müsəlmanlara qarşı necə kütləvi qətllər törədiblərsə, bu gün də Azərbaycan ərazisində eyni əməlləri davam etdirmək niyyətindədirlər. Dünən Daşnaksütyun və ASALA olaraq qarşımıza çıxan erməni terrorizmi bu gün Ermənistan dövləti, PKK və erməni diasporu adları altında yenə qarşımızdadır.  Ermənistan insan haqlarını pozan hərəkətlərinə görə ən qısa müddətdə beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır”.

 

Qeyd olunub ki, dünyanın pandemiya ilə mübarizə apardığı bir zamanda Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumları nəticəsində general-mayor Polad Həşimov daxil olmaqla, 12 iki hərbçi və  bir mülki şəxs şəhid olub və bununla da Ermənistan atəşkəsi pozub: “Bu,  bütün dünyadakı türklərin hiddətinə səbəb olub. Dünyanın müxtəlif ölkələrində keçirilən dinc, qanuni aksiyalar insanların erməni diasporu və Ermənistan tərəfindən həyata keçirilən terrorizm və zorakılıq siyasətinə, təcavüzkar hərəkətlərinə dözmədiyini sübut edir. Ancaq erməni diasporu bu aksiyalara təxribat törətməklə mane olmaq istəyir. Keçən həftə ABŞ-ın müxtəlif yerlərində, həmçinin Brüsseldə və Moskvada keçirilən etiraz aksiyalarına ASALA yazılı köynəklər geyinmiş erməni terrorçu  qruplarının hücum etməsi nəticəsində bir çox insanımız  yaralandı. Türkiyə və Azərbaycan hökumətləri 30 ildir işğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və qaçqın həyatı yaşayan azərbaycanlıların torpaqlarına qaytarılması üçün sülh siyasəti yürüdür. Bu ədalətli mübarizədə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk və bütün şəhidlərimizi mərhəmət və minnətdarlıqla yad edirik. İnsanlıq və müharibə əleyhinə cinayətlər törədən Ermənistanı pisləyirik və qınayırıq”. (APA)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eldəniz Səlimov Milli Məclisdə ÜZR İSTƏDİ 2 Avqust 2021, 13:13 Ölkədə pul bazasının həcmi artıb 2 Avqust 2021, 13:05 Nazirlik “Ayın Fermeri” müsabiqəsini elan etdi 2 Avqust 2021, 13:00 İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR verdi- YENİLƏNİB 2 Avqust 2021, 13:00 Temperatur yenidən artdı - Sabahın havası 2 Avqust 2021, 12:57 Əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş verildi 2 Avqust 2021, 12:55 Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına BURAXILDI 2 Avqust 2021, 12:52 Bu 3 nəfərdən biri spiker olacaq 2 Avqust 2021, 12:48 Tağı Əhmədovun səhhəti pisləşib? - Özü açıqlama verdi 2 Avqust 2021, 12:46 Yol polisi sürücülərə müraciət etdi 2 Avqust 2021, 12:44 "Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50