Modern.az

Vikipediyada Yerevan-İrəvan POLEMİKASI

Vikipediyada Yerevan-İrəvan POLEMİKASI

29 İyul 2020, 14:56

Vikipediya çoxdilli universal internet ensiklopeiyasında azərbaycanlı və erməni istifadəçilər arasında yeni polemika başlanıb.

Modern.az xəbər verir ki, hazırda  Ermənistanın paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvanın yazılışı mübahisə doğurub. Mübahisə Yerevan və İrəvan adları ətrafında gedir.

 

Belə ki, dünyanın 170-dən artıq dilində yazılmış məqalədə şəhərin adı İrəvan olaraq qeyd edilib. Bu, Vikipediyanın erməni istifadəçilərinin narazılığı ilə qarşılanıb və internet resursun erməni redaktorları azərbaycanca qeydləri silməyə, azərbaycanlılar isə bu qeydi yenidən qaytarmağa başlayıblar.

 

Mübahisə Vikipediyanın ölkələri üzrə adminləri və rəhbərliyi səviyyəsində müzakirə olunur. Erməni Vikipediya istifadəçiləri məqalələrdə şəhərin adının İrəvan kimi yazılmamasını tələb edirlər.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?