Modern.az

Moskvadakı diaspor sədri: “11 azərbaycanlı polis tərəfindən saxlanılıb”

Moskvadakı diaspor sədri: “11 azərbaycanlı polis tərəfindən saxlanılıb”

30 İyul 2020, 15:10

“Rusiyada ermənilərlə qarşıdurmada 11 nəfər azərbaycanlı polis tərəfindən saxlanılıb, onlara yardım üçün əlimizdən gələn köməkliyi edirik”.

Bunu Modern.az-a Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyev bildirib. Diaspor üzvü hazırda Rusiyada ermənilərlə hansısa qarşıdurmanın olmadığını qeyd edib:

 

“Məlum olduğu kimi Tovuz istiqamətindəki hadisələr baş verəndən sonra nəinki Rusiyada bütün dünyada ermənilər və azərbaycanlılar arasında qarşıdurmalar yaşandı. Amma kadrlardan da görünür ki, bu qarşıdurma Rusiyada daha şiddətliidi və kütləvi xarakter almışdı. Rusiya tarixində ilk dəfə idi ki, iki millət arasında bu şəkildə qarşıdurmalar yaşanrədı. İndi amma vəziyyət sakitləşib, heç bir kütləvi davalar baş vermir. Ermənilərlə əlbəyaxa olan vətəndaşlarımızdan saxlanılanlar var. Bizdə olan son məlumata əsasən hazırda 11 nəfər soydaşımız polis nəzarəti altındadır.

Diasporun bu istiqamətdə gördüyü iş istintaqın hər iki tərəf üçün düzgün aparılmasıdır. Hüquqi tərəfdən həm saxlanılan soydaşlarımıza həm də onların ailələrinə dəstək olmağa çalışırıq. Amma  Rusiyada hansısa mitinq ya piket keçirilməsi mümkün deyil. Çünki Rusiya hökumətinin bu barədə qəti mövqeyi var. Bu səbəbdən disapor təşkilatı olaraq press-konfranslar keçiririk. Burda öz mövqeyimizi bütün Rusiya ictimaiyyətinə aydın şəkildə çatdırırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir