Modern.az

Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edilib

Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edilib

2 Avqust 2020, 19:12

Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək, orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.

Bu barədə Modern.az-a Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.

Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən, cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.

 

Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Səfirliyi məlumatlandırıb. Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...