Arxiv
4 Avqust 2020, 15:31 | AKTUAL
Qazaxın su və kanalizasiya sistemi yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur.

Modern.az xəbər verir ki, Qazax şəhərində 1970-ci illərdə yaradılmış su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşüb. Ötən dövrdə əhali artımı və məskunlaşmanın genişlənməsi səbəbindən infrastruktur mövcud və perspektiv tələbatı qarşılamaq iqtidarında deyil. Bütün bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb.

 

Layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaqdır.

Qazax şəhərini və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılması nəzərdə tutulan 12 subartezian quyusunun 7-si qazılıb. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəmərinin 4 km-lik hissəsi çəkilib. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan su anbarının tikintisi üzrə işlərin 60 faizdən çoxu yerinə yetirilib. Qazax şəhərində inşası nəzərdə tutulan 106 km paylayıcı su şəbəkəsinin 80 km-lik hissəsi tikilib. Ümumilikdə yeni şəbəkədən 5870 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur. Şəhər ərazisində inşası nəzərdə tutulan 82 km kanalizasiya şəbəkəsinin, 4,4 km kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 70 faizi icra olunub.

 

İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb və hazırda binada  son tamamlama işləri aparılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma MƏRASİMİNDƏ 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstan virusa yoluxanların sayıl yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34 Bakıda 33 yaşlı kişi intihar cəhd etdi 19 Sentyabr 2020, 00:17 Paytaxtda daha 2 gün ictimai nəqliyyat işləməyəcək 19 Sentyabr 2020, 00:02 Yunanıstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı 18 Sentyabr 2020, 23:52 “Koronavirus pandemiyasının ikinci dalğası qaçılmazdır” - Baş nazir 18 Sentyabr 2020, 23:35 22 yaşlı gənc bıçaqlandı 18 Sentyabr 2020, 23:18 Bu ölkə yenidən məhdudiyyətlər tətbiq edir 18 Sentyabr 2020, 23:04 ABŞ  “TikTok”un yüklənməsini qadağan edir 18 Sentyabr 2020, 22:51