Modern.az

İmişlidə yol qəzası 

İmişlidə yol qəzası 

9 Avqust 2020, 14:24

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə səhər saat 8 radələrində İmişli-Biləsuvar avtomobil yolunun 1-ci kilometrliyində, Xubyarlı kəndində qeydə alınıb.

 

İmişli rayonunun Çaxırlı kənd sakini, 1991-ci il təvəllüdlü İsayev Umud Firudin oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb. Hadisə nəticəsində sərnişinlər – 1988-ci il təvəllüdlü Rəhimov Miradəm Miraslan oğlu və 1984-cü il təvəllüdlü İsayev Zamiq Çingiz oğlu xəsarət alıblar.

 

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Fakt araşdırılır. (Report)

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu