Modern.az

Trampa qarşı sui-qəsd? -  Ağ Evdə silahlı şəxs vuruldu  

Trampa qarşı sui-qəsd? -  Ağ Evdə silahlı şəxs vuruldu  

11 Avqust 2020, 09:28

ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirərkən anidən şəxsi mühafizəsi tərəfindən konfrans salonundan çıxarıldı.

 

Modern.az Amerika mediasına istinadən xəbər verir ki, Ağ Evin mühafizəçiləri prezidenti salondan çıxarsalar da, müxbirlərin buraxılmasına icazə verməyiblər. D. Tramp bir neçə dəqiqə sonra geri qayıdaraq və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu deyib. Təhlükəsizlik əməkdaşları tərəfindən vurulan şübhəlinin silahlı olduğunu qeyd edən prezident şəxsin xəstəxanaya göndərildiyini bildirib.

 

Xəstəxanaya yerləşdirilən şübhəlinin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. D. Tramp media nümayəndələrinə xüsusi xidmət orqanlarının araşdırma apardığını və hadisə ilə əlaqədar ətraflı açıqlama verəcəyini deyib.

Amerika prezidenti Ağ Evdə özünü güvəndə hiss etdiyini qeyd edərək, mətbuat konfransına davam edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi