Modern.az

Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb

Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb

Aktual

12 Avqust 2020, 16:27

ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin avqustun 11-də Konnektikut ştatında praymerizdə (partiyadaxili ilkin seçkilər) qalib gəlməsi ilə bağlı məlumatlar yayılıb. 

 

Modern.az xəbər verir ki, seçki bülletenləri tam hesablanmasa da “The New York Times”ın məlumatına görə Demokratik partiyadan prezidentliyə real namizəd sayılan Bayden Konnektikutedə seçicilərin təxminən 85% səsini qazanıb. Senator Berni Sanders isə 11% səs toplaya bilib.

 

Bayden 2627 nümayəndənin dəstəyini əldə edib. Demokratların qurultayında seçkilərin birinci turunda prezidentliyə namizəd olmaq üçün 1991 nümayəndənin səsini qazanmaq lazımdır. Bayden bu göstəricini iyunun 5-də əldə etmişdi.

 

ABŞ-ın Demokratik partiyası Baydenin prezidentliyə namizəd seçildiyini 17-20 avqustda Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq Milli qurultayında elan etməlidir. Dünən Bayden Kaliforniyanın senatoru Kamala Harrisi özünə vitse-prezidentliyə namizəd olaraq seçib.
ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin edilib. Respublikaçıların namizədi isə ABŞ-ın hazırkı dövlət başçısı Donald Trampdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir