Modern.az

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI

Aktual

12 Avqust 2020, 22:40

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 8 054 nəfər test edilib.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 804 513 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 93  yeni yoluxma, 2 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 33 824 nəfər virusa yoluxub, 497 nəfər  ölüb, 31 058  nəfər isə sağalıb. Son sutka ərzində 202 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 2 269 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 221 nəfər müalicə alır, 41 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!