Arxiv
13 Avqust 2020, 22:28 | AKTUAL
Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər

"Xəzərə axıdılan tullantı suları təkrar su ehtiyatı kimi istifadə edilə bilər".

Modern.az  xəbər verir ki, bunu "Trend"ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, bu sular həm yaşıllıqların suvarılması, həm də texnologiyaların işlədilməsi üçün istifadə edilə bilər.

ETSN-in artıq bu təcrübədən istifadə etdiyini açıqlayan nazirlik rəsmisi qeyd edib ki, Abşeron yarımadasının bəzi ərazilərində təsərrüfat mənşəli tullantı suları təmizlənərək yaşıllıqların suvarılmasında istifadə edilir.

Xəzərin hələ də müəyyən ekoloji problemlərlə üz-üzə olduğunu deyən M.Qənbərov bildirib ki, hazırda bu dənizi ən çox neft, yəni karbohidrogen hasilatında əmələ gələn lay sularının bir qismi, eyni zamanda təsərrüfat, məişət mənşəli tullantı suları ilə çirklənməyə məruz qalır: “İndi lay sularının həcmi müəyyən qədər azalıb. Amma dəniz suyu yenə də neft ləkələri ilə müşahidə edilir”.

Agentlik sədri əlavə edib ki, bu gün Abşeron yarımadasının şimal, şimal-qərb hissəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bundan başqa, bu gün yağış sularının idarəolunması üçün Bakı buxtasına istiqamətlənmiş 19 km-lik məsafədə kanallarla hələ də təsərrüfat, məişət mənşəli tullantı suları axıdılır: “Bu gün Xəzər dənizi yalnız Xəzər sahilindəki obyektlərlə çirklənmir. Xəzər dənizinin Yalamadan Astaraya qədər olan hissəsində 130-dan çox su axarı var".

M.Qənbərov hesab edir ki, tullantı sularının Xəzərə axıdılmaması üçün yeni salınan, getdikcə genişlənən yaşayış sahələrində mərkəzləşdirilmiş kanalizasiya sistemləri olmalı, mövcud təmizləyici qurğuların şəbəkəsi genişləndirilməli, istehsal gücü artırılmalı, ehtiyac duyulan ərazilərdə yeni təmizləyici qurğular quraşdırılmalıdır. Bununla yanaşı, karbohidrogen istehsalında yaranan lay suları idarə edilməli, onlar axarlar vasitəsilə Xəzərə axıdılmamalıdır.

Agentlik sədri bunu da əlavə edib ki, Xəzərə tullantı axıdan fiziki və hüquqi şəxslərə qarşı inzibati qaydada cərimə tətbiq edilir. Xəzərin çirklənməsinə səbəb olan idarə və müəssisələrə dəfələrlə xəbərdarlıq edilib. Həmin qurumlara lazımi tədbirlərin görülməsi üçün vaxt da verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34 Bakıda 33 yaşlı kişi intihar cəhd etdi 19 Sentyabr 2020, 00:17 Paytaxtda daha 2 gün ictimai nəqliyyat işləməyəcək 19 Sentyabr 2020, 00:02