Modern.az

Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI

Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI

14 Avqust 2020, 12:14

Bağlanmış banklarda bloklanmış əmanətlərlə bağlı Konstitutsiya Məhkəməsi vətəndaşların xeyirinə qərar qəbul etmişdi.

 

Modern.az-ın məlumatına görə, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

 

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

 

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə bildirilib ki, bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına bu gündən başlanılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi