Modern.az

Bu həftə ərzində daşınan sərnişinlərin sayı açıqlandı

Bu həftə ərzində daşınan sərnişinlərin sayı açıqlandı

14 Avqust 2020, 14:02

“Bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 milyondan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu, 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14,3% çoxdur”.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Məlumata görə, bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb. Həftənin ilk iş günü 3 əlavə ekspres xətt istifadəyə verildi. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun “Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olundu. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm də bu həftə qeydə alındı. 10 avqust tarixində ümumi avtobuslarla 1 684 332 sərnişin daşınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatdı. İlk dəfə xəttə 2 130 avtobus çıxarıldı.

 

Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir