Deputat Vahid Əhmədov elan olunmuş karantin şəraitinin tələblərini nəzərə alaraq növbəti qəbulunu onlayn şəkildə keçirib.
Modern.az xəbər verir ki, deputatın Quba şəhərində yerləşən ofisində toplaşan 52 seşicinin hamısı deputat tərəfindən təkbətək qəbul edilərək dinlənilib. Deputatlarına can sağlığı arzulayan sakinlər Vahid Əhmədovla öz problemlərini bölüşərək ondan kömək istəmişlər. Quba seçicilərini bu qəbulda ev tikintisi üçün torpaqların verilməsi, yaşadıqları mənzillərin təmiri və fasad hissələrinin bərpası, işlə təmin edilmə, pandemiya şəraitində qarşıaşdıqları problemlərin həlli, bəzi yerlərdə müraciətlərinə baxılarkən süründürməçilik hallarına yol verilməsisosial yardımların verilməsi və digər məsələlər ən çox qabardılan məsələlərdən olub.
Səsləndirilən bəzi məsələlər barəsində şikayətçinin iştirakı ilə araşdırılma aparılmış, qəbul edilmiş qərarlar barədə ona məlumat verilmişdir.Həlli üçün vaxt və araşdırma tələb edən suallar deputat köməkçisi tərəfindən qeydiyyata alınmış, deputatın verdiyi qərara uyğun olaraq tədbir görüləcək.
Belə qəbullarin tez-tez keçiriləcəyi barədə seçicilərə məlumat verilib.