Arxiv
14 Avqust 2020, 17:59 | MÜSAHİBƏ
Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ

“Türkiyə Minsk qrupunda yer alarsa, bundan məmnunluq duyar”

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Modern.az-a müsahibə verib.

 

- Diplomat olaraq tarixi hadisəyə şahidlik edirsiz. Bir əsrdən sonra türk ordusu yenidən Azərbaycana gəldi. Təbii ki, bu, qardaşlığın yeni nümunəsidir.  Bunu necə qiymətləndirirsiz?

- İyulun 12-də Ermənistanın Tovuz istiqamətində başlatdığı hərbi əməliyyatlardan dərhal sonra Türkiyə mövqeyini açıq şəkildə ortaya qoydu. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk saatlarda açıqlama verdi. Hər cür imkanlarımızla Azərbaycanın yanında olduğumuzu açıqladıq. Başda prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla, xarici işlər nazirimiz və Milli Müdafiə nazirimiz dəstəyimizi ən yüksək səslə bütün dünyaya bəyan etdilər. Təbii ki bu hadisələrdən sonra başlamış olan təlimlər planlı təlimlərdir.  Hər il ortaq formada bu təlimləri  gerçəkləşdiririk. Türkiyə və Azərbaycan ordusu illərdir ki, bu təlimləri birlikdə həyata keçirirlər. Birlikdə ortaq fəaliyyət göstərirlər. Fəqət bu il edə bilmədiyimiz təlimləri bu dönəmlərdə birləşdirdik. “Turaz Qartalı” və “Görəv Gücü” təlimləri indi də davam edir.

 

- Türkiyə birmənalı olaraq Azərbaycanın yanında olduğunu yalnız sözdə deyil əməldə də göstərdi. Təbii, bu qardaşlığın  göstəricisidir. Diplomat olaraq bu məsələdə sizin də mövqeyinizi eşitmək istərdik.

-Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Bunu deyə bilərəm ki, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin mərkəzində qardaşlıq münasibətləri dayanır. Bu münasibətlər bu gün də belədir, 100 il bundan öncə də belə idi. Bundan 100 il sonra da belə olacaq. Nuri Paşa Qafqaz İslam Ordusu ilə Azərbaycana gəldiyi zaman Osmanlı imperiyası çökmək üzrə idi. Ölüm-qalım mücadiləsi zamanı Türkiyə qardaşının yanına gəldi. Belə bir zamanda bütün imkan və gücümüzlə Azərbaycanın yanında olacağıq. Bunu hər formada söylədik. Aradan 100 il, 1000 il keçsə də bu münasibətlər dəyişməyəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bizim sevincimiz də kədərimiz də birdir. Azərbaycan müstəqilliyini əldə edən zaman onu ilk tanıyan ölkə Türkiyə olub. Bu müstəqilliyin əbədi və güclü olması üçün ilk yardımı edən də Türkiyə dövlətidir. Bu gün də Türkiyə ilə Azərbaycan bir-birinə hər sahədə dəstək verir.

 

- Türkiyənin hərbi kontingenti Suriyada, Liviyada yerləşdirilib. Türkiyə xarici hərbi çağırışlara hazırdırmı? Bu Türkiyə üçün hər hansı çətinlik yaratmır ki?

- Şərqi Aralıq dənizində hərbi əməliyyatlar həyata keçiririk. Gəmilərimiz Şərqi Aralıq dənizində “Oruc Rəis” gəmisini və oradakı haqq və mənfəətlərimizi qorumaq üçün vəzifəmizi icra edirik. Şimali İraqda hərbi komandanlığımız əməliyyatlar keçirir. Türk ordusu bütün bunları edə biləcək gücdədir. Türk ordusu dünyanın ən güclü ordularından biridir. Bütün problemlərimizdə düşmənlərimizə cavab verə biləcək gücdədir.

 

- Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu 25 ildən çoxdur ki, Cənubi Qafqaz regionuna səfərlər edir. Anacaq bu səfərlər heç bir nəticə vermir. Zaman-zaman Minsk qrupunun tərkibində Türkiyənin də yer alması məsələsi gündəmə gəlib. Sizcə, bu mümkün ola bilərmi?

- ATƏT-in Minsk qrupu 1994-cü ildə yaradılıb. Tərkibinə 11 ölkə daxildir ki, Türkiyə də burada təmsil olunur. Minsk qrupuna daxil olan 3 ölkə Azərbaycanla Ermənistan arasındakı münaqişəni həll etməyə çalışırlar. Təbii ki, Türkiyə bu üç dövlət arasında yer alarsa, bundan məmnunluq duyar. Sadəcə burada bir  mexanizm mövcuddur. Bu mexanizm Türkiyə və Azərbaycanın qərarı ilə qurulmayıb. ATƏT çərçivəsində alınmış  qərarlar arasında qurulub. Minsk qrupunun tərkibində hər hansı dəyişikliyin edilməsi ATƏT-in verəcəyi qərar əsasında ola bilər. Biz Minsk qrupunun tərkibində olsaq da, olmasaq da sülh məsələsində müsbət qatqı vermək üçün əlimizdən gələni etməyə hazırıq. Bu günə qədər əlimizdən gələni etdik və bunda sonra da etməyə davam edəcəyik. Təəssüf ki, 30 ilə yaxındır ki, davam edən münaqşədə ATƏT-in Minsk qrupu vacib qərar çıxartmayıb. Hər hansı irəliləyiş yoxdur. Əksinə qarşı tərəf işğalçı olduğundan hücumlarını davam etdirir. Gün keçdikcə işğalçılıq siyasətini daha da kəskin formada davam etdiyməyə çalışır.

 

- Dünən cənab prezident İlham Əliyev Türkiyənin  Milli Müdafiə naziri Hulusi Akarı, Baş Qərargah rəisi ordu generalı Yaşar Güleri qəbul edib. Təbii ki, son günlərdə  hər iki ölkə rəsmilərinin bir araya gəlməsi bəzi dövlətlərə mesajdır. İki qardaş ölkənin daha da yaxınlaşması bəzi ölkələrdə qısqanclığa səbəb olub. Sizcə hansı dövlətlər iki qardaş ölkənin yaxınlığından narahatdır?

- Dostlarımız Türkiyə ilə Azərbaycanın yaxınlaşmasından çox məmnundurlar. Dünən həm ziyarət gerçəkləşdi, həm də bizi bir-birimizə bir addım yaxınlaşdıracaq daha bir iş həyata keçdi. Bildiyiniz kimi, viza  məsələsi dünən qüvvəyə mindi. Bundan sonra hər iki ölkənin vətəndaşları 90 gün ərzində vizasız gedib-gələcəklər. Digər məsələ şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək məsələsidir. Hazırda bu məsələ üzərində də iş gedir. Təbii ki, bu cür addımlar dostlarımızı sevindirir, düşmənlərimizi üzər. Onlar bizə qısqanclıqla baxar. Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar. Bizim düşmənimiz kimdirsə, onlar da bunu bilsinlər ki, Türkiyə ilə Azərbaycanın dostluğu çox qiymətlidir. Türkiyə də Azərbaycan da dostuna çox şey qazandırır.

 

- Erkan bəy, hazırda dünyada COVİD-19 pandemiyası tüğyan edir. Türkiyənin koronavirus pandemiyası fonunda regional və dünyadakı yeri necədir?

- COVİD-19 pandemiyası bütün dünyada davam edir. Düşünürəm ki, bu pandemiyadan birlikdə qurtulacağıq. Bəşəriyyətin toplu halında qarşılaşdığı bir bəladır. Bir an öncə əsas ümidimiz xəstəliyə qarşı dərmanların hazırlanmasıdır. Çünki insanlar daha güclü olaraq qalib çıxa bilsinlər. Türkiyədə pandemiya ilə mübarizədə ciddi işlər görülür. Bizim də bundan ən az ziyan görməyimiz üçün məsələlərə diqqətlə yanaşılır.

 

- Pandemiyanın davam etdiyi bir dövrdə Türkiyənin iqtisadi durumu necədir?

- İnşallah həm sağlam,  həm də iqtisadi cəhətdən bu xəstəliklə mübarizədən güclü olaraq çıxacağıq. Bu təkcə Türkiyə üçün deyil, bütün dünya üçün belə olmalıdır. Hamılıqla bu savaşdan qurtulacağıq. Hamımızın da arzusu budur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00