Arxiv
15 Avqust 2020, 14:11 | AKTUAL
Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI  

Ermənistanın baş naziri N.Paşinyan avqustun 14-də BBC telekanalının “ HARDtalk” verlişinin aparıcısı peşəkar jurnalist Stefen Sakurun kəskin,lakin obyektiv sualları qarşısında aciz duruma düşdü.Paşinyanın bu vəziyyətə düçar olmasının səbəbi yalnız onda deyil ki,bu şəxs  xarici-ingilis dilini mükəmməl səviyyədə bilmir və yaxud bir siyasətçi kimi yetkin fiqur deyil,deyəsən heç belə bir şansı da yoxdur.Məsələnin məğzi ondadır ki,Paşinyanın təmsil etdiyi dövlət Ermənistan-Azərbaycan münaqişəsində ilk gündən təcavüzkar,işğalçı,ədalətsiz mövqenin ifadəçisinə və təcəssümünə çevrilib. Ermənistanın göstərdiyim parametrlər üzrə düşdüyü,daha doğrusu özünü yuvarladığı bu  durum BMT Təhlükəsizlik Şurasının 822,853,874,884  ,BMT Baş Assambleyasının 62/243 nömrəli qətnamələrində beynəlxalq səviyyədə öz  təsdiqini  artıq tapıb,rəsmi qaydada işğalçı qismində tanınıb.Buna baxmayaraq, Ermənistan bu qətnamələrin tələbinə,beynəlxalq qanunvericiliyə əməl etmir,işğal etdiyi ərazilərimizi qeyd-şərtsiz tərk eləmir.Əksinə, “Bonn İntrnational Center for Conversion” (BİCC) kimi mötəbər təşkilatın hazırladığı məruzəyə əsasən, dünya üzrə silahlanma siyahısında Ermənistan 2014-cü ildən etibarən 3-cü sırada qərarlaşıb.Təkcə bu faktın özü onun göstəricisidir ki,düşmən öz təcavüzkar siyasətindən imtina etmək fikrində deyil,ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır.Başqa sözlə,Ermənistan işğalçılıq siyasətinə sadiqdir,yeni hərbi doktrinasını həyata keçirməkdə israrlıdır.Bu doktrinanın məğzi isə yeni müharibə , yeni ərazilərin işğalı niyyəti deməkdir.İyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu niyyətin tərkib hissəsidir.Təxribatdan sonra-iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana 7 reyslə göndərilmiş 400 ton həcmində hərbi yük isə onun göstəricisidir ki,ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkələrdən bəziləri iştirakçısı olduqları vasitəçilik missiyasının tərəfsizlik mahiyyətinə lazımi diqqət yetirmirlər.Belə münasibət BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsinin və vasitəçilik missiyasının mahiyyətinə ziddir.

 

Ermənistanın baş naziri N.Paşinyan məhz işğalçı və təcavüzkar siyasətin daşıyıcısı və iştirakçısı olduğu üçün ilk siyasi iflasa Münhen Təhlükəsizlik Konfransında uğradı.Dövlət başçıları arasında keçirilən ilk ictimai debatda Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz haqlı tərəfin təmsilçisi olduğu üçün,haqq və tarixi ədaləti,beynəlxalq hüququn tələblərini yüksək siyasi və peşəkar diplomatik səviyyədə Ermənistanın dövlət başçısına  başa saldığına görə,Paşinyan bütün dünyanın gözü önündə aciz və çıxılmaz duruma düşdü.

 

Dövlətimiz uzun illər ərzində ikili standartlarla mübarizə aparmaq məcburiyyətində qalıb.Təəssüf ki,bir çox hallarda bu cür ikili yanaşma beynəlxalq jurnalistikadan da yan ötməyib.Tanınmış jurnalist Stefen Sakurun Paşinyandan götürdüyü müsahibə peşəkar və obyektiv jurnalistikanın nadir,əvəzsiz nümunələrindən biridir.S.Sakurun sualları ədalət deyilən məhfumun real ifadəsidir.Ədalət isə haqqın təcəssümü  olduğu üçün onun qılıncı bütün hərbi silahlardan daha kəsərlidir.Həmin müsahibədə jurnalistin kəskin  sualları qarşısında Paşinyanın aciz durumu açıq-aydın ortada idi.Bu sualların və onlara verilən qeyri-peşəkar,səviyyəsiz cavabların hamısını sadalamaq fikrində deyiləm.Daha yaxşısı o olardı ki,marağı olanlar müsahibəni özləri izləsin.Lakin  müsahibə boyu  ədaləti ortaya çıxarmağa xidmət edən suallardan birini qeyd etməyim  yerinə düşərdi.Bu sual işğalçı Ermənistanın təxribatçı siyasətinin mahiyyətini bir daha ortaya qoyur: ”Niyə siz ötən ilin avqustunda “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (siz Dağlıq Qarabağı belə adlandırırsınız) Ermənistandır və nöqtə” bəyanatını verdiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı.Bu,Azərbaycana qarşı acıq-aydın bir təxribat idi”.

 

Ermənistan-Azərbaycan münaqişəsinin təməlində işğaıçı Ermənistanın həmin sualda səslənən  məhz bu cür təxribatları dayanır,Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu təcavüzkar  siyasətin davamıdır...S.Sakura dərin təşəkkürlər...

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:30 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Xalq artisti Səkinə İsmayılovaya ağır itki üz verib 2 mart 2021, 16:37 Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ 2 mart 2021, 16:33 Magistratura imtahanlarının nəticələri AÇIQLANDI 2 mart 2021, 16:31 Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır 2 mart 2021, 16:26 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi AÇILDI 2 mart 2021, 16:21 Yeni reallığın memarları 2 mart 2021, 16:16 Şeyxülislam Fransanın «Le Mondе» qəzetinə müsahibə verdi 2 mart 2021, 16:10 Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ 2 mart 2021, 16:04 “AzerGold”da Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib 2 mart 2021, 15:58 Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ 2 mart 2021, 15:53 Mikayıl Cabbarov: “İlin iki ayının yekunları ürəkaçandır” 2 mart 2021, 15:49 Vilayət Eyvazov Şəhid polisin oğlunu Şuşaya GÖNDƏRDİ 2 mart 2021, 15:44 Ukrayna prezidenti peyvənd olundu 2 mart 2021, 15:38 Nazir onu özünə müşavir təyin etdi 2 mart 2021, 15:32 Həmkarlar İttifaqları Konfederasiyası nazirliyə 200 min manat ayıracaq 2 mart 2021, 15:26 Arzularımın pul KİSƏSİ 2 mart 2021, 15:20 Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir - Misir mətbuatı 2 mart 2021, 15:15 Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatı apara bilər - Polkovnik 2 mart 2021, 15:09 “YAŞAT” daha bir şəhidin yeni doğulan övladına hesab açdı 2 mart 2021, 15:04 Yaponiyanın informasiya agentliyi azad edilən ərazilərdə başlamış quruculuq işlərindən yazdı 2 mart 2021, 15:00 “Çiçəklənən Ermənistan” partiyasının sədri Sarkisyanla GÖRÜŞDÜ 2 mart 2021, 14:55