Modern.az

Onlar buraxılış imtahanlarında maksimal nəticə QAZANDILAR

Onlar buraxılış imtahanlarında maksimal nəticə QAZANDILAR

19 Avqust 2020, 10:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin daha 2 məzunu buraxılış imtahanlarında maksimum nəticə əldə edib.

Bu barədə Modern.az-a BŞTİ-dən məlumat verilib.

Belə ki, iyulun 29-u və 30-u keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu və 297 nömrəli tam orta məktəbin məzunu Nuri Nahid Natiq oğlu 300 bal toplayıblar.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, buraxılış (qəbul) imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. 


İyulun 29-u və 30-u keçirilmiş buraxılış imtahanlarının iştirakçıları arasında yuxarıda adları çəkilən 2 nəfər 300 bal toplayıb. 6 nəfər isə 297.1 bal toplayıb.


Bu imtahanlarda iştirakı nəzərdə tutulan 20667 nəfərdən 2214 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı