Modern.az

Sərhəddəki hadisəyə görə səfir XİN-ə çağırıldı

Sərhəddəki hadisəyə görə səfir XİN-ə çağırıldı

24 Avqust 2020, 20:02

Litvanın Minsk səfiri Andrius Pulokas Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz məlumat verib.

Məlumata görə, səfir ötən gün Belarus-Litva sərhədində Prezident Aleksandr Lukaşenkoya qarşı etirazçıların istifadə etdiyi qırmızı-ağ bayraqların havaya buraxılması ilə əlaqədar XİN-ə çağırılıb.

Qlaz səfir vasitəsilə Litvaya nota verildiyini bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?