Arxiv
14 Sentyabr 2020, 08:38 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: “Görüş” filminin çayçısı - Aktyor niyə 8 il yataq xəstəsi oldu? - FOTOLAR+VİDEO

Azərbaycanın kino inciləri sırasına daxil olan “Görüş” filmi geniş tamaşaçı rəğbəti qazanmış ekran əsərlərindəndir. Kinokomediya janrında çəkilmiş bu filmin ekranlara yol tapmasından (1955-ci il) uzun illər ötməsinə baxmayaraq, tamaşaçı hələ də ona sevə-sevə baxmaqda davam edir.

Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan bəhs edən filmdə kino tariximizin görkəmli simaları rol alıb: Arif Mirzəquliyev, Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Əliağa Ağayev, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Sona Aslanova, Əzizə Məmmədova, Məmmədəli Vəlixanlı və digərləri...

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə çoxlarının “Görüş” filmindən tanısdığı bir aktyordan bəhs edəcək - Məmmədəli Vəlixanlıdan...

Əgər bu ad-soyad sizə heç nə demədisə, onda həmin filmdəki çayxana səhnəsini - çayçı obrazını yadınıza salın. Gəlin, filmdə həmin o çayçının dilindən səsləndirilən bəzi ifadələri də xatırlayaq:

"Öz aramızıdır, Əbülfəz, nə sənə yaraşan qızdır";
"Əgər, aeroplanla gəlsələr, gərək indi göydə olsunlar";
"Yox, bir qaşqaldaq"...

Bu ifadələri tamaşaçıya duzlu-məzəli yumorla çatdıran çayçı - Məmmədli Vəlixanlı özünəməxsus səs temrinə malik sənərkarlar sırasına daxil idi.


Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakının Fatmayı kəndində dünyaya göz açmışdı. O, ailənin yeganə övladı idi. Sonralar onlar kənddən şəhərə köçmüşdülər.
Baqqallıqla məşğul olan atası Məmmədəlini Bakıdakı “Səfa” mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoymuşdu.
Teatr səhnəsinə maraq gələcək aktyorda hələ uşaq vaxtı gördüyü dini şəbih tamaşalarından, “Qaravəlli”, “Kosa-kosa” məzhəkəli xalq oyunlarından yaranmışdı.

Təbiətən çevik və hər şeyə maraq göstərməsi isə yeniyetmə çağlarında onun M.F.Axundzadənin “Hacı Qara” komediyasında Bədəl rolunu ifası ilə nəticələnmişdi. Bununla da gələcək aktyor sənət yolunda ilk addımını atmışdı.

Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov “Səfa”nın teatr truppasında əsas simalardan biri idi. Məmmədəli Vəlixanlının ilk rol aldığı “Hacı Qara” komediyasına quruluşu da 1912-ci ildə Cahangir Zeynalov vermişdi.

1920-ci ildə Azərbaycan Milli Dram Teatrının xor heyətinə işə qəbul olunan Məmmədəli Vəlixanlı “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarında xorda oxumuş, tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxmışdı. O, işləyə-işləyə həm də 1927-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil almışdı.

Ötən əsrin 30-cu illərinin sonlarında realist aktyor məktəbinin komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı M.F.Axundzadənin “Lənkəran xanının vəziri” (Mirzə Həbib), N.Vəzirovun “Hacı Qəmbər” (Hacı Qəmbər), Sabit Rəhmanın “Xoşbəxtlər”, “Əliqulu evlənir” və “Nişanlı qız” (Mirzə Qərənfil, Xəlil, Mindilli), M.İbrahimovun “Həyat” (Pardon Qurbanəli), N.Qoqolun “Müfəttiş” (Osip) və digər komediyalarda məharətli ifası ilə bu obrazların bütün keyfiyyətlərini tamaşaçıya çatdırmışdı.



Məmmədəli Vəlixanlının yaradıcılıq potensialı ona faciə və dramatik əsərlərdə də uğurla çıxış etməyə imkan yaratmışdı. H.Cavidin “Səyavuş” (Kosa), U.Şekspirin “Qış nağılı” (Avtolik), “On ikinci gecə” (Ser Endri), “Maqbet” (Qapıçı), M.Hüseynin “Cavanşir” (Saran), K.Trenyovun səhnəmizdə “Düşmənlər” adı ilə oynanmış “Lyubov Yarovaya” (Pikalov), A.Ostrovskinin “Cehizsiz qız” (Robinzon), Ə.Haqverdiyevin “Pəri cadu” (Əmrah), F.Şillerin “Qaçaqlar” (Vurm), S.Vurğunun “Xanlar” (Araq Şəmistan), İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” (Rosselini), B.Tomasın “Tələbələrin kələyi” (Əli), B.Lavrenyovun “Amerikanın səsi” (Skundirell), S.Rüstəmin “Qaçaq Nəbi” (Mürsəl kişi), M.S.Ordubadinin “Dumanlı Təbriz” (Dərviş) pyeslərinin səhnə təfsirlərində son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib.

O, kinoya da çəkilmişdi. “Görüş” (Çayçı) və “Mahnı belə yaranır” (Bədirxan) filmlərində oynadığı rollar bu gün də maraqla izlənilir.

Teatr sənətinin inkişafındakı xidmətlərinə görə Məmmədəli Vəlixanlı 4 dekabr 1938-ci il tarixində Əməkdar artist, 21 iyul 1949-cu ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Yüksək qan təzyiqindən əziyyət çəkən Məmmədəli Vəlixanlı Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasının premyerasından (9 mart 1961-ci il) az müddət sonra qəfildən iflic xəstəliyinə düçar olub. İflic olmazdan əvvəl həkimlər ona səhnəyə çıxamağa icazə verməsələr də, "Əliqulu evlənir" tamaşasında iki dəfə səhnəyə çıxır.

Həmin tamaşadan sonra, 62 yaşında iflic olan sənətkar bir daha səhnəyə çıxa bilmir və 8 il yataq xəstəsi olur. O, 12 aprel 1969-cu il tarixində 70 yaşında dünyasını dəyişib.


Məmmədəli Vəlixanlının sənət yolunu sonralar oğlu Aqşin Vəlixanlı davam etdirib.

Aqşin Məmmədəli oğlu Vəlixanlı 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycanın əməkdar artisti adı ilə təltif edilib. Aqşin Vəlixanlı 1998-ci ildə vəfat edib.


Vəlixanlılar nəslini hazırda tanınmış alim, tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı davam etdirir.


Sənət dostları onunla bağlı xatirələrində bildiriblər ki, Məmmədəli Vəlixanlı milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad idi.

“Məmmədəli Vəlixanlı hər bir obrazı fərdi xarakter kimi götürür, onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından tamaşaçılara təqdim edirdi. Onun çox orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı. Yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq həssaslıqla gözləyə bilirdi.



Görkəmli sənətkarın qızı - Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı xatirlərində qeyd edib ki, o, atasını səhnə həyatından əvvəl ailədəki mehribanlığı, övladlarına məhəbbəti ilə xatırlayır:

“...evdə deyərdik ki, atamız səhnədə komik, həyatda isə dramatikdir. Biz onu həyatda heç vaxt tragik obrazda görmədik. Zarafatcıl, amma sözü yerində deyən bir insan idi...

...hədsiz məsuliyyətli, öz işini sevən, sadə və böyük insan idi. Özünün bütün müsbət xüsusiyyətlərini övladlarına ötürməyə çalışırdı. Ailədə ondan ancaq sevgi və qayğı görmüşük”.

... atamın xüsusi təhsili yox isi, xüsusqi qabiliyyəti vardı. Bu qabiliyyət, fitri istedad, improvizasiya ona xas olan əsas keyfiyyət idi.
Komik aktyor kimi tanınmışdı. Ancaq onun dramatik rolları da çox idi. Yumor hissi həddindən artıq güclü idi. Bununla yanaşı, dramatik məqamları göstərmək istedadı vardı”.

N.Vəlixanlının bildirdiyinə görə, görkəmli dramaturq Cəfər Cabbarlı öz əsərlərində Məmmədli Vəlixanlıya xüsusi rollar yazarmış. 


Nailə xanım əsasən teatr aktyoru kimi tanınmış atasının filmə çəkilməyindən bəhs edərkən deyib:

"Bir neçə dəfə filmə dəvət alsa da, sanki qismət olmurdu. 1955-ci ildə "Görüş" filmində çəkildi. Xəstəliyindən əvvəl "Uzaq sahillərdə" filmində təsdiqlənmişdi. Amma xəstəliyi imkan vermədi. Yüksək təzyiqdən əziyyət çəkirdi. Teatrda son obrazını Sabit Rəhmanın "Əliqulu evlənir" (Xəlil) tamaşasında canlandırdı…

…dostları onu tək qoymurdular. Aktyorlar İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, qonşumuz olan Ağadadaş Qurbanov ona hədsiz hörmət edirdilər”.

Məmmədəli Vəlixanlının məzarı Bakıdakı ikinci Fəxri xiyabandadır.


A.Qorxmaz

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45