Arxiv
14 Sentyabr 2020, 18:18 | DİASPOR
Xaricdəki soydaşlarımızdan Prezidentin çağırışına CAVAB: “Bu çağırış milli ruhun, kimliyimizin qorunmasına hesablanıb”

Bu gün Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında xaricdə yaşayan soydaşlarımıza müraciət edib:

“Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

Xaricdəki diaspor təşkilatların rəhbərləri Modern.az-a verdikləri açıqlamalarda dövlət başçısının bu çağırışını yüksək qiymətləndiriblər.

Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının sədri, "Nant" Qarabağ məktəbinin layihə rəhbəri Toğrul Zeynalov bildirib ki, Prezident İlham Əliyevin bu mövzuya toxunması böyük önəm kəsb edir:

“Çünki xaricdə yaşayan hər bir azərbaycanlı milli kimliyini heç zaman unutmamalıdır. Bu, çox vacib məsələdir. Ölkə başçımızın bu çağırışını müsbət dəyərləndirirəm. Əlavə olaraq deyim ki, 2019-cu ildən başlayaraq Avropanın bir çox ölkələrində “Qarabağ” məktəbləri fəaliyyətə başlayıb. Bu məktləblərin fəaliyyətə başlamasında əsas məqsəd Azərbaycana aid olan ənənələrin, mədəniyyət və dilin öyrədilməsidir. Diaspor təşkilat rəhbərləri olaraq uşqlarımızın Azərbaycan ruhunda böyüdülməsinə hər birimiz çalışırıq. Hesab edirəm ki, cənab Prezidentin çağırışına hər birimiz qoşulmalıyıq. Bu çağırış Azərbaycanın gələcəyinə, milli dəyərlərimizi qorumağa, ümumən inkişafımıza hesablanıb. Ona görə də birmənalı olaraq xaricdə yaşayan hər bir soydaşımız bu çağırışı alqışlayır. Bu çağırış Milli ruhun qorunması çağrışıdır. Deyə bilərik ki, Azərbaycan dövlətinin diaspor siyasəti son illər məhz bu siyasətə xidmət edir”.

Moskva Azərbaycanlıları icmasının sədri Şamil Tağıyev Prezidentin milli kimlik məsələsi ilə bağlı fikirlərini təqdirəlayiq hal hesab etdiyini deyib:

“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə xaricdə yaşayan hər bir azərbaycanlı razıdır. Moskvada uzun illərdir ki, “bazar günü məktəbləri” fəaliyyət göstərir. Təəssüf ki, bu il pandemiya səbəbindən o məktəbləri aça bilmədik. Həmin məktəblərdə Azərbaycan dili, ədəbiyyatı, tarixi tədris olunur, ölkəmizə aid olan görüşlər, tədbirlər keçirilir. Azərbaycan icması fəaliyyətini bu istiqamətdə qurub. Həm evdə, həm də ictimai fəaliyyətimizdə övladlarımızın milli ruhda böyüməsinə çalışırıq. Təəssüfedici məqamlar da var. Bəzən olur ki, övladlarını burda hansısa məktəbə qoyurlar. Ancaq uşaq öz adət-ənənəsini, dilini, mədəniyyətini bilmir. Bir müddət keçəndən sonra valideynlər yanlış yolda olduqlarını dərk edirlər. O səbəbdən də hesab edirəm ki, cənab prezidentin bu barədə çıxışı təqdirəlayiqdir. Son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsi qeyd edilən sahələrə xüsusi önəm verir. Təbii ki, bu, diasporla bağlı Prezidentimizin qarşıya qoyduği vəzifədir. Hər bir azərbaycanlı bu çağırışı yüksək qiymətləndirir”.

"İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli də xaricdə hər bir azərbaycanlı uşağın milli ruda böyüməsinin vacibliyini xüsusi qeyd edib:

“Fikrimcə, cənab Prezidentin dedikləri çox vacib məqamlardır. Azərbaycan torpağında doğulan, Azərbaycan dilində danışan şəxs Azərbaycan mədəniyyətini, tarixini, mentalitetini öz övladlarına da öyrətməlidir. Bu bir ənənə olmalıdır. Baxmayaraq ki, biz ivrit dilini bilirik, ancaq evimizdə Azərbaycan dilində danışılır. Nəvələrimizə də Azərbaycan mədəniyyətini, dilini, ənənələrini öyrətmişik. Prezident İlham Əliyevin fikirlərini dəstəkləyirəm. Hansı ölkədə yaşamğımızdan asılı olmayaraq, övladlarımızı milli ruhda böyütməliyik. Çünki həmin uşaqlar gələcəkdə Azərbaycanın tanıdılmasında böyük rol oynayacaqlar. Hesab edirəm ki, dövlət başçımız bu fikirləri səsləndirməklə bir daha Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin önəmini xatırladıb. Bu məqamda mütləq Azərbaycanın diaspor siyasətinə diqqət yetirməliyik. Son illər bu sahədə olan müsbət yöndə dəyişiklik hər birimizin ürəyincədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54 Meşələrin qorunması polisə həvalə olunur? - Nazirlikdən cavab 18 Sentyabr 2020, 16:48 Azərbaycanda 21 meşəbəyi işdən çıxarılıb 18 Sentyabr 2020, 16:42