Arxiv
15 Sentyabr 2020, 08:00 | TƏHSİL
Azərbaycanda yeni tədris ili BAŞLADI

Bu gündən Azərbaycanda 2020-2021-ci tədris ili başlayır. 

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. 

 

Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.

 

Yeni tədris ilinin ilk dərsləri I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərarına əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilir:

 

1.1. məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;

 

1.2. ümumi təhsil müəssisələrində:

 

1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

 

1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;

 

1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

 

1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

 

1.2.5. ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən;

 

1.3. peşə təhsili müəssisələrində:

 

1.3.1. qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

 

1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən;

 

1.4. ali və orta ixtisas təhsili müəssisələrində:

 

1.4.1. I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;

 

1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən;

 

1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.

 

2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci yarımbəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə XİN: “Qardaş Azərbaycana dəstəyimiz tamdır” 27 Sentyabr 2020, 12:17 Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45