Modern.az

Aydın Hüseynova YAP-da vəzifə verildi

Aydın Hüseynova YAP-da vəzifə verildi

15 Sentyabr 2020, 13:34

Yeni Azərbaycan Partiyasının (YAP)  Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Report”a YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

 

H.Paşayev bildirib ki, bu vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub:

 

“O, vəzifəsini ictimai əsaslarla yerinə yetirəcək”.

 

Qeyd edək ki, A.Hüseynov Milli Məclisin deputatıdır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı