Arxiv
15 Sentyabr 2020, 14:07 | PARLAMENT
Siyavuş Novruzovun YAP-dakı vəzifəsi kimə verilib? - Partiyadan AÇIQLAMA

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyada yeni vəzifəyə təyin olunub. Aydın Hüseynova YAP-da Təşkilat şöbəsinin müdiri vəzifəsi həvalə olunub.

Bu təyinatdan sonra sosial şəbəkələrdə deputat Siyavuş Novruzovun istefa verdiyi YAP icra katibinin müavini vəzifəsinin də Aydın Hüseynova tapşırıldığını iddia edənlər var.


Partiyanın mətbuat katibi Hüseyn Paşayev isə Modern.az-a sözügedən iddiaların tamamilə əsassız olduğunu qeyd edib:


“Təşkilat şöbəsinin müdiri vəzifəsi tamam fərqli təyinatdır. Bu, icra katibinin müavini demək deyil. İcra katibinin müavini postu hələlik boşdur”.

H.Paşayev onu da qeyd edib ki, YAP İcra katibinin müavini vəzifəsinə partiya sədrinin təqdimatı , İdarə Heyətinin təsdiq etməsi ilə təyinat mümkün ola bilər:


“YAP sədri, cənab prezident İlham Əliyevin təqdimatı və partiya İdarə Heyətinin təsdiq etməsi ilə icra katibinin müavininin kimliyi müəyyənləşəcək. Belə bir addım atıldıqda, mütləq ictimaiyyətə də məlumat veriləcək”.


Xatırladaq ki, YAP icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzov idi. O, koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov partiyada tutduğu vəzifədən istefa verdi. Hazırda qeyd edildiyi kimi, hakim partiyada icra katibinin müavini postuna təyinat olmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 Eldəniz Səlimov məhkəməyə gətirildi - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 18:10 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16