Modern.az

Bill Qeytsə ağır itki üz verdi

Bill Qeytsə ağır itki üz verdi

16 Sentyabr 2020, 08:33

“Microsoft” şirkətinin təsisçisi Bill Geytsin atası 94 yaşında ABŞ-da vəfat edib. Bu haqda milyarder özü “Twitter” səhifəsində məlumat verib. 


Modern.az xəbər verir ki, sahibkar uzun illərdir Alsgeymer xəstəliyindən əziyyət çəkən atasının evdə, ailəsinin əhatəsində dünyasını dəyişdiyini deyib.

Bill Geyts atasının ona böyük təsir göstərdiyini və həyatda öz yolunu tapmaqda kömək etdiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, “Microsoft”-da işlədiyi ilk illər hüquqi məsələlər üzrə atasına müraciət edirmiş.

“Mənim atam “əsl” Bill Geyts idi. Mən onun kimi olmağa can atıram və hər gün onun üçün darıxacam ”, - deyə Geyts qeyd edib.       

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV