Arxiv
16 Sentyabr 2020, 10:30 | AKTUAL
Elektrik qatarlarında ödəniş bank kartları ilə olacaq

“Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin gediş haqlarını bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər.

 

Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.

 

«Visa şirkəti və bizim strateji tərəfdaşlarımız kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. Visa-nın vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doroş qeyd edib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov məsələni şərh edərək bildirib ki, dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstərilir:

 

“Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”.

 

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bildirib ki, ölkədə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır:

 

“Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq".

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayevin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda və regionda nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir:

 

“Ölkəmizdə əksər innovativ bankçılıq texnologiyalarının tətbiqi məhz Azərbaycan Beynəlxalq Bankının adı ilə bağlıdır. Bank bu gün də müasir dünyanın yeni çağırışlarına cavab verən müştəri təcrübəsinin formalaşması məqsədi ilə innovasiyalara ciddi yatırımların qoyulmasına davam edir. Dəmir yolu nəqliyyatında təmassız bank kartlarından istifadə də tərəfdaşlarımızla birgə yaratdığımız uğurlu təcrübələrdən biri olacaq və müştərilərimizin rahatlığı və məmnuniyyətinə xidmət edəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:51 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10 Əczaçılıq sahəsinin reallıqları və perspektivləri 25 Sentyabr 2020, 15:04 Azərbaycanda yeni alüminium zavodu tikiləcək 25 Sentyabr 2020, 14:58 2021-ci ildə Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək ? – TƏQVİM 25 Sentyabr 2020, 14:52 AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq - VİDEO 25 Sentyabr 2020, 14:47 DİM abituriyent və subbakalavrlara müraciət etdi 25 Sentyabr 2020, 14:42 Xarici İşlər Naziri Yunanıstanın Azərbaycandakı yeni səfirini qəbul edib 25 Sentyabr 2020, 14:36