Modern.az

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Hadisə

18 Sentyabr 2020, 16:20

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

 

Modern.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyilə keçirilən iclasda T.Yaqublunun vəsatəti təmin edilib.


Qeyd edək ki, T.Yaqublu ilə bağlı 28 sentyabra  təyin edilmiş apellyasiya şikayətinə ilkin baxış iclası bu gün əğv edilib.

 

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.

 

T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir. O, hökmə etiraz əlaməti olaraq 17 gündür aclıq aksiyası keçirir. Vəkili hökmdən apellyasiya şikayəti verib.

 

Aclıqla əlaqədar səhhəti ağırılaşan T.Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb. “City Hospital”da vəziyyəti pisləşən T.Yaqubluya qan köçürülüb. O, “City Hospital”da tanınmış həkim Adil Qeybullanın nəzarətinə alınıb.

 

T.Yaqublunun azadlığa buraxılması üçün bir sıra tanınmış ictimai, siyasi, mədəniyyət xadimi ölkə başçısı İlham Əliyevə müraciət edib. Dünən xalq artisti Zeynəb Xanlarova da belə bir müraciətlə çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir