Modern.az

Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb 

Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb 

19 Sentyabr 2020, 21:17

Türkiyədə son sutka ərzində daha 68 nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 445  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 97 416  nəfərdən 1 538-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  301 348  nəfərə çatıb.
Müalicə olunan 1 312  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 266 117  nəfər təşkil edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu