Modern.az

Bölgələr üzrə koronavirusa yoluxma - Birinci yerdə Bakı, sonuncu yerdə...

Bölgələr üzrə koronavirusa yoluxma - Birinci yerdə Bakı, sonuncu yerdə...

Ölkə

20 Sentyabr 2020, 10:34

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

 

Modern.az saytı koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxmanın azaldığını göstərir.


Belə ki, ötən həfə 56,1 faiz yoluxma qeydə alınan Bakıda bu həftə göstəricilər 55,9 faiz təşkil edib.

  

Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

 

Rəsmi məlumata görə, ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

 

Həmçinin qeyd edilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır