Arxiv
21 Sentyabr 2020, 17:54 | DİASPOR
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib

 

"Karabakh is Azerbaijan!" Milli Platformasının müxtəlif ölkələr üzrə koordinatorları-nın onlayn konfransı keçirilib. 

 

Modern.az xəbər verir ki, videokonfransda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, "Karabakh is Azerbaijan!" Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov, Platformanın Türkiyə, Kanada, Niderland, Polşa, Moldova və İtaliya üzrə koordinatorları, eləcə də “Azərbaycan Diaspor Könüllüləri”nin Platformaya cəlb olunmuş üzvləri iştirak ediblər.

 

Tədbirdə koordinatorlarla intensiv və çevik əlaqələrin yaradılması, mütəşəkkil və ardıcıl fəaliyyətin təşkili, digər ölkələrdə koordinatorların müəyyənləşdirilməsi və sair məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gənclərin yaratdıqları "Karabakh is Azerbaijan!" Milli Platformasının məqsədi Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması, dünyada yaşayan  gənclərimizin bu istiqamətdə maarifləndirilməsi, onların Vətənimizin təbliğ olunması işinə mütəşəkkil şəkildə səfərbər edilməsidir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu istiqamətdə Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinə dəstək verilməsi məqsədilə "Karabakh is Azerbaijan!" Milli Platforması Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ Araşdırmalar Mərkəzi, Avropa Azərbaycanlıları Media Qrupu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə fəaliyyət göstərəcəkdir. 

 

Platformanın tərkibində "Karabakh is Azerbaijan!" Youtube kanalı, "Facebook" səhifəsi və qrupları, "Twitter" profili, "İnstaqram" səhifəsi, "Telegram" və "Whatsapp" qrupları və s. yaradılıb. Yaxın zamanda bir neçə dildə fəaliyyət göstərəcək saytın təqdimatı da keçiriləcək.

 

Xatırladaq ki, qısa zamanda "Karabakh is Azerbaijan!" Youtube kanalında baxış sayı 20000-i ötüb ki, bu da yaşadığı yerdən asılı olmayaraq gənclərimizin ümummilli məsələlərdə birliyinin bir nümunəsidir. Bu kanalda gənclər türk, ingilis, rus, rumın, ispan və digər dillərdə hazırladıqları 27 video material yerləşdirib və işlər davam etdirilir. 

 

"Facebook" qruplarında isə dünyanın 67 ölkəsində (Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, Kanada, ABŞ, Almaniya, Polşa, Rusiya, Gürcüstan, Avstraliya, Böyük Britaniya, Niderland, Norveç, Fransa, İsveç, Pakistan və sair) yaşayan 28 min sosial şəbəkə istifadəçisi cəmləşib. Qrup üzvləri ingilis, alman, fransız, rus və digər dillərdə Qarabağ həqiqətləri haqqında videolar hazırlayıb paylaşır. "Karabakh is Azerbaijan" facebook səhifəsində paylaşılan məlumatlar 100.000-dən artıq Facebook istifadəçisinə çatdırılıb. 

 

Sosial media üzərindən isə ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar və şəhidlərimiz haqqında 3000-dən artıq (foto, video və s.) informasiya  #KarabakhisAzerbaijan!, #Karabakh, #Stoparmenianaggression və s. həştəqlər ilə diqqətə çatdırılıb. Eyni zamanda, internet və sosial şəbəkə üzərində "Karabakh is Azerbaijan!" Milli Platforması çərçivəsində işlərin daha səmərəli təşkili məqsədilə müvafiq sorğu aparılıb. 

 

Qeyd edək ki, "Karabakh is Azerbaijan!" Milli platformasının azərbaycanlı və xarici ölkə gənclərindən ibarət beynəlxalq bölməsi yaradılıb və bu istiqamətdə də təkmilləşdirmə işləri aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun 24 Oktyabr 2020, 19:38 Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57