Modern.az

BNA orta məktəblərin ətrafında təhlükəsizlik tədbirləri görür

BNA orta məktəblərin ətrafında təhlükəsizlik tədbirləri görür

Aktual

24 Sentyabr 2020, 12:20

Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işlər davam etdirilir. Xüsusilə, azyaşlıların mütəmadi olaraq səfər etdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsilzik tədbirləri görülməkdədir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, bu çərçivədə;

 

- 206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib;

- sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;

- təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

 

Bundan başqa, ilin sonuna kimi bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV