Modern.az

Heydər məscidinin imamından futbol oynanılan məscidlə bağlı açıqlama - VİDEO

Heydər məscidinin imamından futbol oynanılan məscidlə bağlı açıqlama - VİDEO

Aktual

24 Sentyabr 2020, 14:02

Sosial şəbəkələrdə bir qrup şəxsin məsciddə futbol oynayarkən videogörüntüləri yayılıb. Həmin məscidin isə Bakıdakı Heydər məscidi olduğu iddia edilib.

 

Məsələ ilə bağlı Heydər məscidinin imamı Hacı Rüfət Qarayev Modern.az-a bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

 

“Videoda gördüyünüz görüntü Heydər məscidi adı ilə paylaşılsa da, bura nəinki Heydər məscidi, hətta Azərbaycanda yerləşən heç bir məscidə aid deyil.

 

Heydər məscidinin kollektivi adından bu kimi addımları pisləyir, Azərbaycan dindarının və eyni zamanda dindar olmayan insanların da daima məscidlərimizin ehtiramını saxladığını bildiririk”.

 

Qeyd edək ki, videodan da aydın görünür ki, xoşagəlməz hal Türkiyədə qeydə alınıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!