Arxiv
24 Sentyabr 2020, 15:04 | AKTUAL
Milli Məclis hərbi qulluqçularla bağlı qanun layihəsini müzakirəyə çıxaracaq

Sentyabrın 24-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə həmkarlarını təbrik edib. Onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Sonra gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabatı təqdim edən komitə sədri bildirib ki, hesabat dövründə 8 iclas keçirilib, 10 qanun layihəsinə baxılıb.

Milli Məclisin müzakirəsinə tövsiyə edilən həmin qanun layihələri parlamentdə qəbul olunub. Qanunvericilik fəaliyyəti ilə yanaşı komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, müxtəlif problemlərin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar komitənin profilinə uyğun olaraq, vaxtaşırı hərbi hissələrə baş çəkib, vətənin keşiyində duran əsgər və zabitlərlə görüşüblər. Hesabat dövründə komitəyə 26 ərizə və şikayət daxil olub, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 17 məktub göndərilib. Ərizə və şikayətlərin çox hissəsini cinayət işlərinin araşdırılması, iş və mənzillə təmin edilmə kimi müraciətlər təşkil edib. Məktubların bir qismi isə hərbi qulluq və hərbi xidmətkeçmə barədə müraciət və təkliflərdən ibarət olub.

Məlumat dinlənildikdən sonra iclasda geniş müzakirə aparılıb. Fikir mübadiləsində komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Aqil Abbas, Erkin Qədirli, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elman Məmmədov, Nurlan Həsənov, Bəxtiyar Sadıqov yaz və növbədənkənar sessiyalar dövründə görülmüş işləri müsbət dəyərləndiriblər. Seçicilərin müraciətlərinə əsasən bir sıra təkliflər irəli sürüblər. Çıxışlarda bildirilib ki, Azərbaycan parlamentinin nümayəndələri Ermənistanın törətdiyi təxribatlar zamanı, xüsusilə İyul hadisələri günlərində daim yerlərdə olub, əhali ilə sıx əlaqələr saxlayıb, KİV-lərdə və sosial şəbəkələrdə fəal çıxışlar ediblər. Livan və Suriya ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin beynəlxalq cinayət olduğunu vurğulayan deputatlar buna qarşı hüquqi müstəvidə mübarizə aparmağın, müxtəlif tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd ediblər.

Komitədə hesabat məqbul sayılıb.

Sonra 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Komitə sədri məlumat verib ki, qarşıdakı sessiyada digər qanunvericilik aktları ilə yanaşı “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin də plenar iclasa təqdim olunması nəzərdə tutulub.

İclasda 8 bənddən ibarət iş planı təsdiqlənib. Komitə üzvlərinin yekdil qərarı ilə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclası yekunlaşdıran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputatların təkliflərinə və qaldırılan məsələlərə münasibət bildirib. Milli Məclis Sədrinin Rusiyaya səfərindən söz açıb. Rusiya Federal Məclisinin Federasiya Şurasının tribunasından Qarabağın tarixinə dair faktları səsləndirdiyinə, o cümlədən, 1805-ci il Kürəkçay müqaviləsini, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən “Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında” qərar qəbul edildiyini rusiyalı parlamentarların diqqətinə çatdırdığına görə, Milli Məclisin Sədri Sahibə Qafarovaya dərin minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu faktların Rusiya Federasiya Şurasının tribunasından səslənməsi müstəqillik dövrü parlament tariximizdə ilk hadisədir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05