Modern.az

“Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş

“Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş

Aktual

24 Sentyabr 2020, 20:24

Bəşəriyyət koronavirus pandemiyası sınağından keçə bilmədi, xəstəlik səbəbindən həyatını itirənlərin sayı artıq milyona yaxınlaşır.

Modern.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyanın iclasında bildirib.

A.Quterreş bildirib ki, pandemiya beynəlxalq əməkdaşlıq üçün keçə bilmədiyimiz sınaq idi: “Koronavirus bütün dünyada 30 milyondan çox insana yoluxub və bir milyona yaxın insanı öldürüb, o, nəzarətdən çıxıb. Bu, qlobal hazırlıq, qarşılıqlı fəaliyyət, birlik və həmrəylik çatışmazlığının nəticəsidir”.


Onun sözlərinə görə, koronavirus bütün dünyanın üzərini qara bulud kimi alıb: "Həmçinin o, bizi fəaliyyətə təşviq edəcək xəbərdarlıq oldu. Seçim haqqımız yoxdur. Ya qlobal institutlar çərçivəsində birləşməli, ya da fitnə və xaosla əzilməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir