Modern.az

Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır

Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır

Aktual

26 Sentyabr 2020, 21:11

Böyük Britaniya hökuməti qarşıdakı 4 il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 340 milyon avro ayıraraq bu quruma maliyyə dəstəyini 30 faiz artıracaq.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Boris Conson BMT Baş Assambleyasındakı nitqində bildirib.



Bununla belə Baş nazir dünya səhiyyəsində islahatların zəruri olduğunu da diqqətə çatdırıb:

“COVID-19-a qarşı doqquz ay mübarizədən sonra beynəlxalq birlik anlayıışı nimdaş görünür. Bu minvalla artıq davam etməyin qeyri-mümkünlüyünü bilirik. Səylərimizi birləşdirib atəşimizi ümumi düşmənə qarşı çevirə bilməsək, ayrı-ayrılıqda məğlub olacağımızı da dərk edirik. Odur ki, artıq vaxt yetişib və ürəkdən inanıram ki, bəşəriyyətin sərhədləri aşaraq bu eybəcər viranələri düzəltməsi üçün BMT BA tərəfindən ilk və son həyəcan təbili çalınacaq”.

Qeyd edək ki, ÜST-nin ən böyük sposoru olan ABŞ korrupsiyada qınaqları bu təşkilatın üzvlüyündən gələn ilin 6 iyul tarixində rəsmən çəkiləcəyi üçün Böyük Britaniya qurumun başlıca maliyyə dayağına çevrilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir