Modern.az

Türkiyənin Səhiyyə naziri Oqtay Şirəliyevə zəng vurdu 

Türkiyənin Səhiyyə naziri Oqtay Şirəliyevə zəng vurdu 

29 Sentyabr 2020, 08:50

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə F. Qoca “Twitter” hesabında məlumat verib. 

 

Danışıqlar zamanı türkiyəli nazir Ermənistanın insanlıqdan kənar hücumu nəticəsində ölənlərə görə azərbaycanlı həmkarına başsağlığı verib:

 

“Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi