Modern.az

Qərbi Kaspi Universiteti bakalavr pilləsi üzrə ikinci tur üçün qəbul elan edir

Qərbi Kaspi Universiteti bakalavr pilləsi üzrə ikinci tur üçün qəbul elan edir

29 Sentyabr 2020, 10:34

Qərbi Kaspi Universiteti bakalavr pilləsi üzrə ikinci tur üçün aşağıdakı ixtosaslara qəbul elan edir:

 

Cihaz  mühəndisliyi – 14 yer -əyani

Mexatronika və robototexnika mühəndisliyi - 14 yer - əyani

İnformasiya təhlükəsizliyi – 1 yer - əyani

Mexanika mühəndisliyi – 12 yer - əyani

İqtisadiyyat – 8 yer - əyani (ingilis bölməsi)

Maliyyə - 36 yer - əyani

Menecment – 3 yer - əyani

Biznesin idarə edilməsi – 2 yer - əyani

Beynəlxalq münasibətlər – 10 yer – qiyabi, 20 yer - əyani (ingilis bölməsi)

Regionşünaslıq – 26 yer - əyani

Dövlət və bələdiyyə idarəetməsi – 12 yer - əyani

Mühasibat – 17 yer - əyani

Marketinq – 12 yer - əyani

Beynəlxalq ticarət və logistika – 18 yer - əyani

Politologiya – 4 yer - əyani (ingilis bölməsi)

Tarix – 8 yer - əyani (ingilis bölməsi)

Psixologiya – 7 yer - əyani, 8 yer – qiyabi

 

NİYƏ QƏRBİ KASPİ UNİVERSİTETİ?

 

Xaricdə təhsil imkanları

İngilis dilində təhsil və iki diplom almaq imkanı

Dövlət sifarişi əsasında təhsil almaq imkanı

Münasib təhsil haqları

Xarici dilləri mükəmməl səviyyədə mənimsəmək imkanı

Müasir və unikal laboratoriyalar

Ən son nəşrlərlə zəngin kitabxana

Aparıcı dövlət qurumlarında və özəl şirkətlərdə təcrübə və işədüzəlmə imkanları

Mübadilə proqramları: Mövlanə və Erasmus

 Startup layihələri

 Xaricdə yay məktəbləri
 
***
Qərbi Kaspi Universitetində tələbələrin dövlət sifarişli və ödənişli əsaslarla təhsil almaq imkanı var. Qəbul imtahanlarında yüksək nəticə əldə edib, dövlət sifarişi ilə qəbul ola bilməyən abituriyentlərə təhsil haqqında güzəştlər nəzərdə tutulur:
1) 601-700 arası bal toplayan tələbələr - 4 il ərzində ödənişsiz təhsil
2) 551-600 arası bal toplayanlar - 70 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
3) 501-550 arası bal toplayanlar - 50 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
4) 451-500 arası bal toplayanlar - 30 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
5) 380-450 arası bal toplayan tələbələr- 20 faiz güzəşt

I tədris ilindən sonra hər semestrin sonunda imtahan nəticələri üzrə orta balı 81-dən aşağı olmayan tələbələrin güzəştləri davam edəcək. Bu güzəşt 2, 3 və 4 – cü bəndlərə şamil olunur.

Yüksək bal toplayan tələbələr üçün nəzərdə tutulan təqaüdlər:
1) 450-500 arası bal toplayan tələbələr - 50 manat
2) 501-550 arası bal toplayanlar - 80 manat
3) 551-600 arası bal toplayanlar - 100 manat
4) 601-650 arası bal toplayanlar - 150 manat
5) 651-700 arası bal toplayanlar - 200 manat
 

Təqaüdlər hər semestrin sonunda imtahan nəticələri əsasında Universitetin daxili təqaüd proqramı üzrə yenidən hesablanacaq. Bu eyni zamanda dövlət sifarişi ilə təhsil alan lakin orta müvəffəqiyyət göstəricilərinə görə təqaüdə düşməyən tələbələrə də tətbiq olunacaq.

İxtisas seçimində Qərbi Kaspi Universitetini ilk sırada qeyd edən abituriyentlər I tədris ilinin təhsil haqqından 10 faiz güzəşt əldə edəcəklər.

Flex proqramı iştirakçıları üçün nəzərdə tutulmuş güzəştlər:
1) Flex proqramı qalibləri üçün bütün təhsil müddəti ərzində ödənişsiz təhsil (bakalavr dərəcəsi)
2) Qəbul imtahanlarından yüksək bal toplayan abituriyentlər birinci tədris ilində aşağıdakı qaydada təqaüd alacaqlar:

400 bal və yuxarı - 75 azn

500 bal və yuxarı - 110 azn

600 bal və yuxarı - 200 azn

Növbəti tədris illərində təqaüdün məbləği universitetin daxili təqaüd proqramına əsasən müəyyən edilir.

Flex proqramı iştirakçıları üçün nəzərdə tutulmuş güzəştlər eyni qaydada digər universitetlərdən Qərbi Kaspi Universitetinə köçürülən Flex proqramı iştirakçılarına da şamil olunacaq.

Mühəndislik ixtisaslarına qəbul olunmuş tələbələr və Flex proqramı yarım finalçıları üçün nəzərdə tutulmuş güzəştlər:
1) 681-700 arası bal toplayan tələbələr - 4 il ərzində ödənişsiz təhsil
2) 661-680 arası bal toplayanlar - 70 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
3) 581-660 arası bal toplayanlar - 50 faiz güzəşt (ingilis dili upper-intermediate səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
4) 531-580 arası bal toplayanlar - 30 faiz güzəşt (ingilis dili intermediate səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
5) 450-530 arası bal toplayan tələbələr- 20 faiz güzəşt

Qeyd:
1) İxtisas seçimində Qərbi Kaspi Universitetinin ilk sırada qeyd edilməsinə görə tətbiq olunan 10 faiz güzəşt cari tədris ili üçün nəzərdə tutulur (birinci tədris ili).
2) IELTS imtahanı üzrə 7.0 bal və TOEFL imtahanı üzrə 94-101 bal toplayan tələbələr 4 il ərzində 15 faiz güzəştdən faydalana biləcəklər. (sertifikatın alınma tarixi 2 ildən çox olmamalıdır)
3) Əgər tələbə bir neçə kriteriya üzrə güzəştə düşərsə, bu halda ən yüksək güzəşt faizi tətbiq ediləcəkdir.
4) Flex proqramı finalçıları, yarım finalçıları və ingilis dili səviyyəsinə görə güzəştlərdən yararlanmaq istəyən abituriyentlər universitetdaxili dil səviyyəsini təsdiq edən imtahanlarda iştirak etməlidirlər.
 
Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31
Telefon: +994 12 492 74 18
E-poçt: [email protected]

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu