Modern.az

UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi

UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi

Aktual

30 Sentyabr 2020, 00:29

UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirib.

Modern.az  qurumun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Qeyd edək ki, hazırda Ermənistanda hərbi rejim hökm sürür. Oyunun keçirilməsi üçün alternativ yer bununla əlaqədar tapılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir