Arxiv
1 Oktyabr 2020, 17:06 | AKTUAL
Malik Həsənov: Bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anı oldu   

“Bu gün istər dünya, istərsə də ölkə mətbuatında əsas müzakirə mövzularından biri “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verlişdə aparıcıların suallarına  Azərbaycan Prezidenti  İlham Əliyevin intellektual və konkret cavablarının qarşısında    Ermənistanın baş naziri Nikol Paşinyanın aciz duruma düşməsidir. Ermənistan rəhbərliyi faktların saxtalaşdırılmasının hec bir  dövlətə dəstək qazandırmadığının bir daha şahidi oldu. Sərsəm bəyanatları ilə dünya ictimaiyyətinin diqqətini həqiqətlərdən uzaqlaşdırmağa cəhdlər göstərməyə adətkar olan Nikol Paşinyan ənənəsinə uyğun olaraq  dəlillərə əsaslanmayan  yalan və uydurmalar  söyləsə də,  artıq bu gedişlərin gərəksizliyinin fərqindədir. Baş verən təxribatlarda Azərbaycanı təqsirləndirən Ermənistanın baş naziri unutdu ki, sentyabrın 27-də  bir neçə istiqamətdən  müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək  yaşayış məntəqələrimizi,  hərbi mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələridir. Bunun nəticəsində  mülki əhali və hərbçilərimiz arasında  itkilər və yaralananlar var. Bu, bir daha Ermənistanın  Azərbaycana qarşı işğalçılıq siyasətini  davam etdirdiyini və bu siyasətin işğalçı dövlətin  faşist mahiyyətini  bütün dünyaya nümayiş etdirdiyini göstərir.”

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

 

M.Həsənov qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev növbəti dəfə  bir daha dünya miqyaslı lider olduğunu nümayiş etdirdi. Azərbaycan həqiqətlərini əsaslı şəkildə diqqətə çatdıran ölkə Prezidenti dövlətimizin dəyişməz mövqeyini də bəyan etdi: İşğal altında olan torpaqlarımiz azad ediləcək.

 

“Ermənistan qeyri-konstruktiv mövqeyi, təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesinin davam etdirilməsində maraqli olmadığını təsdiqləyir” söyləyən millət vəkli bildirib ki, rəsmi Bakı ən yüksək tribunalardan bəyan  edir ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Aparılan sülh danışıqlarının nəticəsi olmalıdır: “Ermənistanın baş naziri  qeyd olunan verilişdə diqqəti  yayındırmaq üçün  şər və böhtana əl atmaqla özünü daha da gülünc vəziyyətə saldı. Gah Azərbaycan Ordusunun cəbhə xəttində  qələbələrini inkar etdi, gah münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyündən danışdı, gah da dost, qardaş ölkə olan Türkiyənin  tərəf kimi döyüşlərdə iştirak etdiyini bildirdi. N.Paşinyanın bu  sayıqlamalarına cavab olaraq  dövlətimizin başçısı İlham Əliyev   Türkiyənin Azərbaycana mənəvi dəstək olduğunu, qardaş ölkənin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini yüksək dəyərləndirdiyini,  Türkiyənin döyüşlərdə iştirak etmədiyini diqqətə catdırdı. Təbii ki, işğalçı dövlətin belə yalanları dövriyyəyə buraxmasının məqsəd və məramı vardır. Ən əsası Türkiyənin  münaqişənin həllində vasitəçiliyinin gündəmdə olması işğalçı dövləti narahat etdiyindən  belə əsassız fikirlər səsləndirir.”»

 

M.Həsənov vurğulayıb ki, dövlətimizin başçisı İlham Əliyev Müdafiə Nazirliyinin  Mərkəzi  Hərbi Klinik Hospitalında  müalicə olunan yaralı hərbçilərlə görüşdəki çıxışında da bildirmişdir ki,  Azərbaycan bu günlərdə ona dəstək olan ölkələri, təşkilatları, insanları hec vaxt  unutmayacaq. Türkiyə, Pakistan, Əfqanıstan  birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bu qanlı döyüşlər bütün  Azərbaycan xalqı üçün həqiqət anı oldu. Biz görürük ki, kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi  tərəflər  sözünün arxasında durmur.  Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış  yersizdir.

 

“Cənab İlham Əliyev bu fikirləri ilə  dünyanın siyasi  mənzərəsini diqqətə çatdırmaqla yanaşı,  işğalçı dövlətin  ədalətin, haqqın yanında olan  dövlətlərə şər və böhtan atmasının gərəksizliyini də  ortaya qoyur» söyləyən deputat onu da əlavə edib  ki, bu gün  müxtəlif təşkilatlar, dövlətlərin rəhbərləri məsələ ilə maraqlanır, döyüşlərin dayandırılmasını istəyir, məsələnin sülh danışıqları ilə  həllinin vacibliyindən bəhs edirlər: «Azərbaycan 30 ildir ki, sülh siyasətinə üstünlük verir, daim beynəlxalq təşkilatların tribunasından bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilsin, bu prinsiplərin  icrası üçün vahid mexanizm müəyyənləşdirilsin. 30 il susan  dünyanın bu gün Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə aldığını, erməni ordusunun Azərbaycan əsgəri qarşısında duruş  gətirmədiyini görüb ayağa qalxaraq Azərbaycana dəstək göstərməsi və döyüşlərin dayandırılmasına çağırışlar etməsi onların siyasətinin əsas mahiyyətini ortaya qoyur. Məhz dövlətimizin başçısı İlham Əliyev  Ermənistanın bu dəstəklərdən ərköyünləşməsinin nəticəsi olaraq ortaya atdığı yalan məlumatları həqiqətlər əsasında alt-üst etdi.»

 

Millət vəkili qeyd edib ki, Nikol Paşinyanın Azərbaycan Prezidentinin qarşısında belə rəzil duruma düşməsi ilk dəfə deyil. Dövlətimizin başçısı ilə debatlara  çıxarkən  Ermənistanın baş naziri hər zaman  tarix və siyasət dərsi alıb”. Növbəti dərs Paşinyanı ciddi düşündürməlidir: «Təkcə 2020-ci ilin ötən dövründə, dünyanın COVID-19-la mübarizə apardığı bir zamanda  Ermənistanın təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək, yeni ərazilərin işğalı ilə bağlı planlar hazırladığını, müharibəyə hazırlaşdığını görərik ki, bunu dövlətimizin başçısı İlham Əliyev BMT tribunasından bəyan etmişdir.  Bunu «görməyən» yalnız  bəzi dövlətlər, təşkilatlardır ki, onlar diplomatik mübarizədə məğlub olan Ermənistanın hazırda döyüş meydanındakı məğlubiyyətindən də narahatlıq keçirirlər. Dövlətimizin başçısı İlham Əliyev  bir daha bəyan edir ki, bizim bir şərtimiz var: Erməni işğalçıları qeyd-şərtsiz, tam və dərhal bizim torpaqlarımızdan çıxmalıdırlar.  Əgər bu şərtə Ermənistan hökuməti əməl edərsə döyüşlər dayanacaq, qan tökülməyəcək.  Biz məsələnin həllini istəyirik.»

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05 Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib 29 Oktyabr 2020, 18:00 Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı məlumat YAYDI 29 Oktyabr 2020, 17:54 Düşmən yenidən Goranboy, Tərtər və Bərdəni artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 17:48 Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ 29 Oktyabr 2020, 17:43 Putin yenə Qarabağ münaqişəsindən DANIŞDI: “5+2 rayon qaytarılmalı, sonra...” 29 Oktyabr 2020, 17:38 Məşhur Məmmədov: “Nüfuzlu beynəlxalq təşkilatlar Bərdədə baş verənlərə susur” 29 Oktyabr 2020, 17:34 Dolların bu aya olan son MƏZƏNNƏSİ 29 Oktyabr 2020, 17:30 Ceyhun Bayramov: “Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil” 29 Oktyabr 2020, 17:25 Polis karantin qaydalarına nəzarəti gücləndirdi - FOTO/VİDE 29 Oktyabr 2020, 17:20 Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA 29 Oktyabr 2020, 17:15