Arxiv
2 Oktyabr 2020, 09:45 | DİASPOR
İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib

Türkiyənin İstanbul şəhərində “Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan aksiyada hər iki ölkənin ictimai, mədəniyyət xadimləri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

 

Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısına toplaşan aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını dalğalanlandırıblar, "Səninləyik Azərbaycan!", "Qarabağa Azadlıq!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı" və sair şüarları səsləndiriblər.

 

Aksiyada çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu bildirib ki, iyirmi səkkiz ildir haqsız yerə işğal edilən torpaqlarımızın azad edilməsinə başlanılması bütün türk millətini həyəcanlandırıb. "28 ildir qanunsuz şəkildə bölgədə qeyri-sabitlik yaradan, Xocalı soyqırımı daxil olmaqla, qətliamlar törədərək minlərlə günahsız insanı vəhşicəinə qətlə yetirən, beynəlxalq hüququ heçə sayaraq tərəfdarlarından aldığı dəstəklə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı sərt şəkildə qınayırıq. Bölgədə sıxışıb qalan, iqtisadi və siyasi problemlər yaşayan Ermənistan Azərbaycana hücum etməklə öz aləmində çıxış yolu tapmaq istədi. Buna cavab olaraq Azərbaycan müdafiə hüququndan istifadə edərək işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərəkətə keçib. Azərbaycan dövlətinin bu təşəbbüsünü tam dəstəkləyirik. Bəzi güclərə arxalanan Ermənistan bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. 83 milyonluq Türkiyə xalqı və 300 milyonluq türk dünyası olaraq Azərbaycanın haqlı mübarizəsində sonadək qardaşlarımızın yanındayıq. Türk millətinin səbri daşıb, “Bəsdir artıq!” deyirik”.

 

Dərnək rəhbəri həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli və ayıq-sayıq olmağa çağırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15